Mədəniyyətimizin böyük
hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
(əvvəli ötən sayımızda)
1982-ci il 15 may
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev yaradıcı ziyalılara, təsərrüfat
qabaqcıllarına yüksək
mükafatların təqdimetmə
mərasimində çıxış
edib. SSRİ Ali Soveti Rəyasət
Heyətinin fərmanına
əsasən Xalq yazıçısı Əli
Vəliyev 80 illiyi ilə əlaqədar olaraq “Oktyabr İnqilabı” ordeni,
SSRİ Xalq rəssamı
Mikayıl Abdullayev isə 60 illiyi ilə əlaqədar “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.
“...Əli Vəliyevin yaradıcılıq yolu Azərbaycanın tarixi ilə qırılmaz surətdə bağlıdır...
Zəngin Azərbaycan folklorundan
geniş və məharətlə istifadə
etmək, ana dilinin incəliklərinə
dərindən bələd
olmaq onun yaradıcılıq üslubunun
səciyyəvi xüsusiyyətidir.
Yazıçının sanballı əsərlərindən
biri də müharibədən əvvəlki
Azərbaycan kəndində
baş vermiş əsaslı dəyişikliklərdən
bəhs edən “Qəhrəman” romanıdır. Böyük
Vətən müharibəsində
vətəndaşlıq borcunu
şərəflə yerinə
yetirib cəbhədən
qayıtmış yazıçı
“Müharibə hekayələri”ni yazarkən keçirdiyi hisslərin dərin təsiri altında sülhün qorunması mövzusuna müraciət edir...
Əli Vəliyevin
müharibədən sonrakı
dövrdə yazdığı
əsərlərin başlıca
məzmununu Azərbaycan
kəndinin növrağı,
onun müvəffəqiyyətləri
və problemləri təşkil edir. “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanlarında,
“Zəngəzur qartalları”
oçerklər kitabında
və başqa kitablarında müəllif
eyni zamanda yeniliyin sonu çatmış köhnəliyə
qarşı mübarizəsi
gedişində meydana
çıxan ziddiyyətləri
təhlil edir. Bir sözlə, Əli Vəliyevin yaradıcılıq yolundan
danışarkən biz bir
daha qeyd edirik ki, o, böyük
yazıçı və
əsl vətənpərvərdir...
...Mikayıl Abdullayev öz yaradıcılığı
ilə Azərbaycan mədəniyyətinin nailiyyətlərini
artıran, bu mədəniyyətə şöhrət
qazandıran görkəmli
sənətkarlar dəstəsinə
məxsusdur... Bəlkə də
həyatın elə bir sahəsi yoxdur ki, rəssam
öz əsərlərində
onu əks etdirməsin. Çox böyük
müvəffəqiyyət qazanan
ilk əsəri “Mingəçevir
işıqları” rəsmidir.
Bu əsəri o hələ tələbəlik
illərində yaratmışdır.
M.Abdullayev seçdiyi mövzuya
sonralar da sadiq qalmışdır.
O, əmək qəhrəmanlarının
portretlərinin böyük
bir qalereyasının
müəllifidir, onları
sevdikləri işlə
məşğul olduqları
vəziyyətdə təsvir
edir...
...Azərbaycan ədəbiyyatının
klassikləri Nizaminin,
Füzulinin və başqalarının, habelə
sovet müəlliflərinin
süjetlərinə onun
çəkdiyi kompozisiyalar
maraqlıdır. Nəsiminin M.Abdullayev
tərəfindən yaradılmış
portreti böyük şairimizin obrazını
əks etdirən digər rəssamlarımızın
əsərləri üçün
əsas olmuşdur.
Xarici ölkələrə
səfərlərin təsiri
altında M.Abdullayev həmin ölkələrin
təbiətindən, həyatından,
adamlarından bəhs
edən gözəl əsərlər yaratmışdır. Əlamətdar
haldır ki, Hindistana həsr etdiyi əsərlər silsiləsinə görə
o, Cəvahirləl Nehru mükafatına
layiq görülmüşdür...
...Yüksək mükafatlar sevindirir və ruhlandırır. Lakin eyni
zamanda bu mükafatlar daha yaxşı işləməyi,
daha yüksək məqsədə nail olmağı
tələb edir”.
1982-ci il 18 may
Heydər Əliyev bəstəkar Qara Qarayevin dəfn mərasimində nitq söyləyib. Qara Qarayev
mayın 13-də Moskvada
vəfat etdikdən sonra nəşi Bakıya gətirilərək
Fəxri xiyabanda dəfn olundu.
“...Biz zəmanəmizin böyük
bəstəkarını, bütün
həyatını xalqa
xidmət işinə
həsr etmiş bir sənətkarı son mənzilə yola salırıq... Qüdrətli
istedad sahibi olan vətənpərvər
sənətkar Qara Qarayev doğma Azərbaycan, bütün ölkə mədəniyyətinin
inkişafına, dünya
musiqi mədəniyyəti
xəzinəsinə böyük
töhfə vermişdir...
Bu irs opera və baletdən tutmuş süitalar və mahnılaradək bütün bəstəkarlıq
janrlarını əhatə
edir. Qara Qarayev bu janrların hər birində Azərbaycanın
musiqi sənətində
yeni yollar açan, onun dünya şöhrətini
ucaldan əsərlər
yaratmışdır.
“Yeddi gözəl”
baletinin romantik ruhlu musiqisində o, müqəddəratını həll
edən xalq kütlələrinin nəhəng
qüvvəsini açıb
göstərmişdir. Lenin mükafatına layiq görülmüş “İldırımlı
yollarla” baletində Afrika xalqlarının irqi ayrı-seçkiliyə
və sosial zülmə qarşı mübarizə mövzusu musiqidə yenilməz emosional qüdrətlə
təcəssüm olunmuşdur.
SSRİ Dövlət mükafatlarına
layiq görülmüş
“Vətən” operası
Böyük Vətən
müharibəsi cəbhələrində
rəşadətli vuruşmaların
pafosu ilə, “Leyli və Məcnun”
simfonik poeması ülvi məhəbbətin
poeziyası ilə aşılanmışdır... “Çılğın qaskoniyalı”
tamaşasına yazdığı
musiqi bəstəkarın
yaradıcılıq zirvələrindən
biri olmuşdur.
...Qara Qarayevin öz təbiətinə görə milli olan əsərləri məzmunu, ruhu və mahiyyəti etibarı ilə beynəlmiləl əsərlərdir. Onlar Azərbaycan xalqının
qədim musiqi mədəniyyətinin bütün
zənginliyini, Qarayevin
böyük müəllimləri
Üzeyir Hacıbəyovun
və Dmitri Şostakoviçin,
rus, dünya klassik və müasir musiqisi korifeylərinin bütöv
bir dəstəsinin yaradıcılığını özündə təcəssüm
etdirir...
Görkəmli pedaqoq olan Qarayev yaradıcılığı
respublikamızın və
bütün ölkənin
sərvətinə, iftixarına
çevrilən parlaq,
istedadlı musiqiçilərin
neçə-neçə nəslini
yetişdirmişdir...
Azərbaycan Dövlət Konservatoriyasının direktoru, bir çox on illər ərzində respublika Bəstəkarlar İttifaqının sədri, SSRİ Bəstəkarlar İttifaqının katibi vəzifələrində onun bir təşkilatçı və rəhbər kimi böyük istedadı özünü parlaq şəkildə təzahür etdirmişdir.
Bu gün bütün Azərbaycan xalqı, ölkəmizin bütün musiqisevərləri dərin kədər içindədir... Qara Qarayev həyatdan getmişdir. Lakin onun adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək, bizim kimi, yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 10 may.-
S.5.