Musiqilərimiz Buenos-Ayresdə səslənib

 

Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən paytaxt Buenos-Ayresdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Yerli ictimaiyyət nümayəndələrinin, bu ölkədə akkreditə olunmuş diplomatların qatıldığı tədbirdə çıxış edən səfir Rəmzi Teymurov Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyətindən danışıb. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra konsert proqramı təqdim edilib. Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Ayan Məmmədlinin ifasında Müslüm MaqomayevinAzərbaycan”, Tofiq Quliyevin Sənə qalmazmahnıları, “Küçələrə su səpmişəm”, “Şuşanın dağlarıxalq mahnıları, “Bayatı-Şirazmuğamından parça, habelə Avropa Argentina bəstəkarlarının əsərləri alqışlarla qarşılanıb.

Tədbirin sonunda ispan dilində hazırlanmışUlu öndər Heydər Əliyevin milli dövlət quruculuğu müasir inkişaf strategiyasıadlı jurnal iştirakçılara paylanılıb.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.8.