Ulu öndər haqqında siyasi memuarlar
Ulu öndər Heydər Əliyev haqqında indiyə qədər müxtəlif dillərdə çoxsaylı kitablar nəşr olunub. “TEAS Press” Nəşriyyat Evinin “Heydər Əliyev İli”ndə çap etdiyi iki kitab indiyə qədər işıq üzü görən nəşrlər arasında seçilir. Bunlar xarici işlər nazirləri Həsən Həsənovun “Heydər Əliyev: Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” və Vilayət Quliyevin “Heydər Əliyev: Böyük insan haqqında xatirələr” kitablarıdır.
Hər iki kitabı Azərbaycan ədəbiyyatında siyasi memuar janrının nümunələri adlandırmaq mümkündür.
Ötən əsrin 70-ci illərindən Azərbaycan
KP MK-da Heydər Əliyevlə birgə
çalışan Həsən Həsənov müstəqillik
dövründə – 1993-1997-ci illərdə xarici
işlər naziri olub.
Filoloq-alim Vilayət Quliyev
isə 1999-2004-cü illərdə həmin vəzifədə
çalışıb. Hər ikisi illər
boyu Heydər Əliyevlə yaxın təmasda
olub, xarici səfərlərdə,
görüşlərdə onu
müşayiət edib, aparılan
danışıq və müzakirələrdə iştirak ediblər. Onların
xatirələri Heydər Əliyevi ən müxtəlif rakurslardan – dövlət
başçısı, siyasi lider, mahir diplomat,
ağsaqqal, nəcib və xeyirxah
insan, Azərbaycan maraqlarının
keşiyində dayanan prinsipial
və təəssübkeş vətənpərvər kimi görməyə imkan
yaradır.
Mədəniyyət.- 2023.- 12 may.- S.5.