ATMU-da
beynəlxalq elmi-praktik
konfrans
Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı
Dövlət Turizm Agentliyi
(DTA) və Azərbaycan
Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı
ilə 5-6 may tarixlərində
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
100-cü ildönümünə həsr edilmiş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı VI beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetin rektoru İlham Mədətov açılış
nitqində konfransa Azərbaycan, Türkiyə,
Rusiya, Gürcüstan,
Qazaxıstan, Özbəkistan
və Qırğızıstanı
təmsil edən ümumilikdə 105 tədqiqatçının
məruzəçi qismində
qatıldığını diqqətə çatdırıb.
DTA-nın sədri Fuad Nağıyev tədbir iştirakçılarına
videomüraciətində Ulu
öndər Heydər
Əliyevin 100 illiyi münasibətilə agentlik
tərəfindən silsilə
tədbirlərin icra olunduğunu, həmçinin
“Heydər Əliyev və turizm” adlı sənədli filmin və eyniadlı kitabın üzərində işlərə
başlanıldığını qeyd edib.
Konfransın plenar iclasında ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin
dekanı dosent Bahadur Bilalovun “Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı” mövzusunda məruzəsi
dinlənilib. Məruzədə Ümummilli liderin
hələ respublikaya
birinci rəhbərliyi
dövründə Azərbaycanı
ümumittifaq əhəmiyyətli
rekreasiya-turizm mərkəzinə
çevirmək istədiyi,
bu yöndə atdığı addımlar
vurğulanıb, müstəqillik
dövründə görülən
işlərdən bəhs
edilib.
Tədbirdə daha sonra xarici
ölkə alimlərinin
məruzələri dinlənilib. Konfrans işini
bölmə iclasları
ilə davam etdirib.
Mədəniyyət.- 2023.- 12 may.- S.5.