“Natəvan” operası ilk
dəfə Şuşada nümayiş
olunub
Vasif Adıgözəlovun ruhu şaddır...
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günü, mayın 11-də Şuşada ilk yaşanıb və Cıdır düzü görkəmli bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb. Operanın süjet xəttini Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, onun dövründə Qarabağda baş verən hadisələr təşkil edir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistlərinin ifasında təqdim olunan opera tamaşasını müəllifin oğlu, dirijor Xalq artisti Yalçın Adıgözəlov idarə edib.
Operanın təqdimatından sonra
Yalçın Adıgözəlov deyib:
“Natəvan” operasının Şuşada
səslənməsi tarixi bir
hadisədir. Bu gün
bəstəkarın da ruhu
şaddır. Çünki opera ilk dəfə Vasif Adıgözəlovun doğulduğu
şəhərdə səsləndi. Bakıda dəfələrlə
bu operanı səsləndirsək də, bu gün Şuşada
bu sənət əsəri başqa bur ovqat yaratdı. Bundan
gözəl nə ola bilər. Biz bu anı 30 ildir gözləyirdik. Bizi
qarşıda böyük zəfərlər
gözləyir, inanıram ki, yeni əsərlər yaradılacaq və bu əsərlər Zəngəzurda, Xankəndində
səslənəcək”.
Mədəniyyət.- 2023.- 12 may.- S.1.