Mədəniyyət Nazirliyinin
kollektivi Ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət edib
Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam oldu.
Azərbaycanın yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, onun inkişafına, zəngin mədəni irsimizin, incəsənətimizin dünyada tanınması və təbliğinə hər zaman diqqət və qayğı göstərib. Bütün Azərbaycan xalqı kimi, mədəniyyət sahəsində çalışan insanlar da tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini daim ehtiramla yad edirlər.
Mədəniyyət Nazirliyinin kollektivi mayın 10-da Fəxri xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib.
Nazirliyin əməkdaşları
məzarın önünə tər çiçək dəstələri
qoyub, Heydər Əliyevin xatirəsinə
ehtiramlarını bildiriblər.
Mədəniyyət.- 2023.- 12 may.- S.5.