“Şuşanı mədəniyyətin, incəsənətin beşiyi kimi dünyaya tanıtmaq niyyətindəyik”

 

Sultan Raev: “Bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürur yeridir

 

 

Məlum olduğu kimi, Şuşa şəhəri 2023-cü il üçün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Mayın 12-də “mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Bu barədə qəzetimizə açıqlama verən TÜRKSOY-un baş katibi Sultan Raev bildirib ki, ŞuşaTürk dünyasının mədəniyyət paytaxtı” elan olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalanrezonans doğuracaq proqramlarımız olacaq. Şuşa şəhəri 2023-cü il üçün TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb.

Sultan Raev TÜRKSOY-unQorqud AtaTürk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib.

O, “ŞuşaTürk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına planlandığını deyib: “Bağlanış tədbirində 2024-cü il üçünTürk dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə veriləcək”.

Baş katib əlavə edib ki, Şuşada keçirilməsi nəzərdə tutulan proqramTürk dünyasının mədəniyyət paytaxtı” layihəsi üzrə indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacaq, geniş rezonans doğuracaq: “Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm Türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

Şuşadakı mərasimə bu il “Avropanın mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Macarıstanın Vesprem şəhərindən nümayəndələrin də qatılacağını deyən baş katibin sözlərinə görə, TÜRKSOY AvropaTürk dünyasının mədəniyyət paytaxtlarını qardaşlaşdırmağa nail olub. O xatırladıb ki, bu il yanvarın 21-də “Avropanın mədəniyyət paytaxtı” ilinin açılış tədbirlərində TÜRKSOY-unŞuşa şəhərinin nümayəndə heyətləri iştirak ediborada Şuşa ilə Vesprem şəhərlərinin dostlaşması haqqında memorandum imzalanıb.

Sultan Raev qeyd edib ki, Şuşadakı tədbirə Türk dünyasının bundan əvvəlki bütün mədəniyyət paytaxtları olmuş şəhərlərin rəhbərləri də dəvət olunub. Onların ilk dəfə keçiriləcək Türk Dünyası Mədəniyyət Forumunda da iştirakı gözlənilir.

 

Mədəniyyət.- 2023.- 12 may.- S.3.