Naxçıvanda UİF-nin
I mərhələsinə yekun vurulub
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının birinci mərhələsinə Naxçıvanda yekun vurulub.
Festivala
Naxçıvan MR üzrə 489 nəfər
qeydiyyatdan keçib. İştirakçılar 19 nominasiya üzrə
istedadlarını nümayiş
etdiriblər. Seçim mərhələsində
fərdi nominasiyalar üzrə 34 nəfər,
kollektiv nominasiyalar üzrə 6 kollektiv müxtəlif səbəblərdən
festivala qatılmayıb.
Xatırladaq ki, ümumilikdə 21 nominasiya üzrə keçirilən festivalın
birinci mərhələsi
aprel-iyun aylarını
əhatə edir. Artıq bir
neçə bölgədə
birinci mərhələ
başa çatıb.
Mədəniyyət.- 2023.- 17 may.-
S.4.