İncəsənətə çağdaş və gənc baxış

 

Sahib Yaqubovun yaradıcılığı haqqında

 

Sənətdə yeni ideyalar təqdim etməyə çalışan gənc, eyni zamanda peşəkar fəaliyyəti ilə artıq tanınan rəssamlardan biriSahib Yaqubovdur. Orijinal bədii üslubu ilə seçilən rəssam yenilikçi ideyalarını kətan üzərində sınaqdan keçirərək həm də sənətə fəlsəfi baxışlarını ortaya qoyur. Yaradıcılığında utopikavanqard nüanslarla yanaşı, olduqca modernist yanaşmanın da bədii təzahürünü görürük. Onun bəzən mücərrəd, stilizə obrazlarla işlənmiş kompozisiyalarının ritmi öz sadəliyi ilə seçilsə də, ikonafreska nümunələrinə bənzərliyi ilə xüsusi bir atmosfer qazanır.

Rəssamın personajları tam olaraq ənənəvi və realist təsvir edilməsə də, onların plastikliyi və kətan üzərində kompozisiya düzümü, eləcə də rəng həlli ilə qeyri-adi təəssüratlar yaradıb, asanlıqla “oxunurlar”. Bu kompozisiyalar maraqlı simvollar, oxlar, hərflər, bəzən tac, bəzən də şahmat taxtasını andıran naxışlarla daha düşündürücü, daha dolğun və mənalı olur.  Bununla belə, gənc rəssamın əsərlərindəki obrazların şıltaq baxışları, mənalı gözləri daha təsirlidir. Ümumi formafiqurdan fərqli olaraq bu gözlər daha realdır. Əksər tablolarda isə obrazlar bu təsirli gözləri ilə birbaşa tamaşaçının gözünün içinə baxırlar. Bu cür bədii həmlələr də kompozisiyalardakı “canlanmaeffektini vurğulamağa kömək edir.

Sahib Yaqubov yaradıcılığında mövzular müxtəlifdir. Bəzən aktual, bəzən tarixi, bəzən məişət, çox zaman da nağılvarı, fantastik süjetə malik olan bu tablolarda sadə, həndəsi fiqurları da görmək mümkündür. Üçbucaq, dairə, kvadrat kimi fiqurlar isə əsərdəki “mənanı” müəyyən edə bilmək üçün ipucuna çevrilir. Buna misallardan biri onun yaradıcılığında diqqəti çəkən müasir dövrün simvolik səciyyəsinə malik QR (Quick Response) təsvirləridir. Bu ikiölçülü ştrix kodları kompozisiyanın əsas qəhrəmanına çevirən rəssam sanki dünyanın özəyində məhz elə bu şifrələrin mövcudluğundan bizlərə xəbər verir. Sanki gizli bir dünyanın qapısını açan bu QR kodlar həm ənənəviliyi, həm də high-tech, yəni yüksək texnologiyalar çağını özündə birləşdirə bilir. Geniş və titrək fırça vuruşları ilə detallı bir şəkildə həll olunan bu təsvirlər şux kolorit seçimi ilə tamamlanır. Rəssamın “Dünya xəritəsi” adlı tablosu bu qəbildəndir.

Sahib Yaqubovun yaradıcılığında rəng həlli, kolorit seçimiolduqca zəngindir. Rəng sənətin ruhudur. Mavinin bir neçə tonu, zümrüd yaşılı, narıncı, Van Qoqun təbirincə desək, “xoşbəxtliyin rəngi” sarı, krallığın rəmzi hesab olunan bənövşəyi kimi rənglər onun əsərlərində çox nəzərə çarpır.

Müəllifin ideya ümumiliyimövzu ardıcıllığı ilə birləşən silsilə əsərləri də mövcuddur. Bu silsilələr arasında “ əllər” trilogiyası kompozisiya həlli avanqard olan sənət nümunələrindən biridir. Rəssamın karton üzərində yağlı boya ilə çəkdiyi “Qumarbazisimli tablosu da məhz bu seriyaya mənsubdur. İsmindən aydın olur ki, bu əsərin baş qəhrəmanı qumar oynamağı sevən, ilk baxışdan parıltılı gözlərini izləyiciyə tuşlayan kişi fiqurudur. Obrazın hiss və həyəcanı, hiylə dolu fikirləri rəssam tərəfindən məharətlə təsvir edilib. Rəssamın burada tətbiq etdiyi fırça vuruşları həm görünən, həm də kifayət qədər qabarıqdır. Qumarbazın əllərinə diqqət yetirək. Xurma yarpağına bənzəyən əl forması plastik və yastıdır. Əllər biləyə doğru qalınlaşır. Barmaqların ucuna doğru isə incələşir. Əllər ilə beyin arasında sıx əlaqədən hər kəsin xəbəri vardır. Qumarbazın da iri əlləri onun beynində dolaşan hiyləgər fikirlərini simvolizə edir.

əllərtrilogiyasına aid olan bir başqa nümunəRəssam”dır. Bir növ avtoportretini yaradan gənc rəssam bu kompozisiyada da sənətkar obrazının hər daimyaratmağa can atanəllərini ön planda verməyə çalışıb. Bir əlində palitrası, bir əlində fırçası, qarşısında isə ona yeni nəfəs gətirəcəyi molbert üzərində kətanı ilə təsvir olunan dəli-dolu rəssam fiquru tamaşaçılar üçün kifayət qədər fantastik görünməkdədir. Həmin trilogiyaya aid olan sonuncu əsərPolitikadlı kompozisiyadır. Digər iki əsərə nəzərən burada daha qapalı, daha müəmmalı bir abu-hava sezirik. Əsərdəki əsas obraz olan politoloq sanki vərəqin arxasında nədənsə gizlənməkdədir.

Rəssamın “Toy çiçəkləri”, “QR-Code Flowers”, “Dərvişlər”, “Qapı”, “Musiqi”, “Gəmilər”, “Güllər”, “Döyüşçülər”, “Mifologiyakimi silsilə əsərləri var.

Sahib Yaqubovun yaradıcılığında Abşeron torpağının xüsusi yeri var. Xəzərin qoynunda yurd salan Abşeronun mənzərələri hər bir rəssamın qəlbini fəth etməyə qadirdir. Sumqayıt şəhərinin Corat qəsəbəsində dünyaya göz açan rəssam üçün bu mənzərələr olduqca dəyərlidir. Onda Abşerona marağı tələbə vaxtı müəllimiLətif Feyzullayev Vəcihə Səmədovanın qızları Fatimə Feyzullayeva formalaşdırıb.

Abşeron madonnasıəsəri olduqca fərqli prizmadan, müasir aspektdən icra edilib. Xristian ikonoqrafiyasından bu obrazMəryəm onun qucağında uşaq obrazı İsanın təsviri bizə yaxşı tanışdır. Belə səhnələri intibah barokko rəssamların fırçasından da çox müşahidə etmişik. Sahib Yaqubovun kompozisiyasında isə müasir geyimli, modern bir qadın obrazı var. Rəssam bu əsərdə Madonna motivinin ikonik ənənəvi meyarlarından tamamilə individual şərhini təqdim edib. İkonalara, sakral motivlərə yaradıcılığında xüsusi yer verən rəngkar İncilə istinad olunan məşhur rəssamların müraciət etdiyi səhnələrdən birini – “Son şam yeməyimövzusunu da  özünəxas şəkildə şərh edib. Bu səhnədəbir tikə çörək bir badə şərabtəqdis ayini tamamilə simvolik abstrakt yanaşma ilə əks olunub.

Rəssamın yaradıcılığını çoxyönümlü edən bir nüans da əsərlərində hiss olunan abstraksiyadır. Bu nümunələr arasında “Qolf”, “Küləkli şəhərdə yağış”, “Arzular” əsərlərini sadalaya bilərik.

Sahib Yaqubov rəngkarlıqla yanaşı heykəltəraşlıq üzrə də təhsil alıb və Xalq rəssamı Fuad Salayevin yetirmələrindən biridir. Sahib Yaqubovun yaradıcılığının abstrakt və xəyalpərəst tərəfini onun heykəl nümunələrinə baxarkən də anlamaq mümkün olur. Heykəltəraşın öz sənətinə yanaşma fərqliliyi, baxış orijinallığı tamaşaçılara zövq aşılayır. O, heykələ münasibətdə sərbəst, olduqca rahat və azaddır. Ənənəvilikdən tamamilə uzaqlaşıb, öz xəyallarının obrazlarını yaratmağa üstünlük verir. Heykəl fiqurları ilə yanaşı, seçdiyi mövzular maraqlı və yaddaqalan olur. Bu nümunələrə plastikası ilə seçilən “Duş” kompozisiyası, təbiət ilə əylənən, çərpələng uçuran qız obrazını gördüyümüzSevinc” kompozisiyası, tanınmış cazmen, romantik səciyyəyə malikTanqo” əsəri, qadın zərifliyi ilə macəra doğuran hissləri kombinə etdiyi, olduqca dinamik tərzdə həll olunan “Yelləncək” kompozisiyası, “Öpüş” əsəri, ənənəvilikdən tamamilə arınmış, aya meydan oxuyan bir fiqurla rastlaşdığımız “Cazibə qanunu” adlı kiçik dəzgah nümunəsi kimi əsərləri aid edə bilərik.

Gənc rəssam Sahib Yaqubov həm də müəllimliklə məşğuldur. Sənəti tədris etməyin məqsədi təkcə rəssam yetişdirmək deyil. Burada məqsəd həm də sənətin insanlara bəxş edəcəyi ülvi hisslərlə gözəl ruhlar da yetişdirməkdir. Əbəs yerə deyilməyib ki, gələcək gənclərin, gənclər isə müəllimlərin şah əsərləridir. İncəsənətimizin də gələcəyi peşəsinə bağlı, istedadlı rəssam-pedaqoqların əlindədir.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Mədəniyyət.- 2023.- 17 may.- S.7.