Operanı bizim qədər sevin...”

 

“Opera Class” layihəsinin ilk konserti keçirildi

 

Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində “Opera Class” layihəsinin ilk konserti təqdim edildi.

Mütəxəssislərin fikrincə, opera müğənnisi üçün səhnəyə gedən yol müxtəlif siniflərdən keçir. Səs üzərində işlədikləri vokal sinfi, məşqçi sinfi, opera partiyalarını öyrənib məşq etdikləri aktyorluq sinfis. Bütün bunlar yüksək teatr artisti olmaq üçün vacibdir.

Elə bu yanaşma ilə də layihənin ilk konsertində həm səhnədə sözünü demiş sənətçilər, həm də tələbələr birlikdə çıxış etdilər. Konsertdə tamaşaçılar opera səslərinin bütün əsas növlərini – soprano, mezzo-soprano, tenorbariton ifaçıları dinlədilər.

Konsertmeyster Rebekka Maqomedovanın müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Fəridə Məmmədova, Atəş Qarayev, Mahir Tağızadə, Günel Hacıyeva, Nina MakarovaEfim Zavalnıy ifaları ilə tamaşaçıların alqışlarını qazandılar. Proqrama C.Verdi, C.Puççini, N.Rimski-Korsakov, S.Raxmaninov və başqalarının operalarından səhnələr daxil idi.

Yaradıcı axtarışlarını davam etdirən “Opera Class” heyətinin devizi budur: “Operanı bizim qədər sevməyinizi istəyirik”.

Layihənin rəhbəri Akademik OperaBalet Teatrının konsertmeysteri Rebekka  Maqomedovadır.

 

Lalə

Mədəniyyət.- 2023.- 17 may.- S.2.