Azərbaycanlı dirijorun Rusiya Dövlət Akademik Simfonik Orkestri ilə konsertləri

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Y.Svetlanov adına Rusiya Dövlət Akademik Simfonik Orkestri silsilə konsertlər verib.

Moskva Dövlət Filarmoniyasının əsas salonuÇaykovski konsert zalında təqdim olunanBir şedevrin tarixçəsi” və “Gənc istedadlar” proqramı üzrə konsertlər böyük maraqla qarşılanıb.

Bir şedevrin tarixçəsi” layihəsi çərçivəsində dahi Avstriya bəstəkarı Frans Şubertin “Yarımçıq” adı ilə tanınan 8-ci simfoniyası ilk dəfə olaraq tam variantda ifa olunub. Gecədə bəstəkarın əlyazmaları əsasında məşhur musiqişünas Filip Leqq tərəfindən bərpa edilən əsər Əyyub Quliyevin dirijorluğu ilə bütöv şəkildə səslənib. Simfoniya ilə bərabər proqramda F.ŞubertinRozamunda, Kipr şahzadəsi” pyesinə yazdığı musiqiyer alıb.

Digər konsertdə xüsusi istedada malik üç gənc musiqiçi – beynəlxalq müsabiqə laureatları Nikolay Kuznetsov (fortepiano), Aleksandr Papuşev (skripka) və Sergey Davıdçenkonun (fortepiano) çıxışları rəğbət doğurub. Tamaşaçıların marağı nəzərə alınaraq həmin solistlərin ifasında N.Paqanini, S.ProkofyevC.Gerşvinin əsərləri Moskva Filarmoniyası tərəfindən lentə alınıb və rəsmi sayta yerləşdirilib.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.8.