Gəncə Dram Teatrı Trabzona festivala gedib

 

Gəncə Dövlət Dram Teatrı 16-26 may tarixlərində Türkiyənin Trabzon şəhərində keçirilən 23-cü Qara dəniz Beynəlxalq Teatr Festivalında iştirak edir.

Gəncəli teatr təmsilçiləri festivala E.İoneskonunKral ölürtamaşasını aparıblar.

Festivala Türkiyənin Ankara, İstanbul, İzmir, Ərzurum şəhərlərindən, eləcə İtaliya, Norveç, Bolqarıstan Qazaxıstandan teatrlar qatılıb.

Xatırladaq ki, yeni səhnə işinin quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktrisa Günay Cabbarova aktyor Ruslan Hüseynov ifa edirlər.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.3.