“Təbiətin musiqisi”
Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bülbülün Memorial Muzeyi ilə birgə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Təbiətin musiqisi” adlı tədbir keçirilib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Bülbülün Memorial Muzeyinin müdiri Fərqanə Cabbarova çıxış edərək bu il əlamətdar günün mövzusu “Muzeylər, dayanıqlılıq və rifah” olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, muzeylər həm də cəmiyyətin rifahı və dayanıqlı inkişafın, sosial həyatın bir göstəricisi olan mədəni məkanlardır.
Tədbir konsert proqramı ilə davam edib. Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblı
(bədii rəhbər
və konsertmeyster Xalq artisti Munis
Şərifov), Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının solisti, Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının tələbələri,
Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin şagirdləri – Heydər
Əliyev adına IV Respublika müsabiqəsinin
qalibləri və R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin ifaları
maraqla qarşılanıb.
Mədəniyyət.- 2023.- 19 may.- S.2.