Milli Xalça Muzeyində interaktiv tamaşa və mühazirə
2023-cü ildə Beynəlxalq Muzeylər Gününün “Muzeylər, dayanıqlılıq və rifah” mövzusuna həsr olunması əsas diqqəti qlobal sağlamlıq və rifah, iqlim dəyişikliyi sahəsində fəaliyyətə, yerüstü ekosistemin mühafizəsinə yönəldir, muzeyləri bu istiqamətdə maarifləndirmə işlərini gücləndirməyə çağırır.
Azərbaycan Milli Xalça Muzeyində əlamətdar günün mövzusuna uyğun olaraq mayın 18-də “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstərilib.
Muzeyin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış uşaq birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, həmçinin “Azəri inciləri” rəqs qrupu çıxış edib. Yerüstü ekosistemin mühafizəsi mövzusuna həsr olunan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitib.
Həmin gün
muzeydə həmçinin “İqlim dəyişmələri
qlobal ekoloji problem kimi” adlı
mühazirə keçirilib. İqlim dəyişikliyi, biomüxtəlifliyin
itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmə
məqsədi daşıyan mühazirə İqlim
Dəyişmələri Mərkəzinin direktoru
Cəmilə Məmmədova tərəfindən təqdim edilib.
Mədəniyyət.- 2023.- 19 may.- S.2.