Mir Cəlal ədəbi-tarixi proses

 

Görkəmli yazıçının 115 illiyinə həsr olunmuş elmi sessiya

 

AMEA-nın Humanitar Elmlər Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Mir Cəlal ədəbi-tarixi prosesmövzusunda elmi sessiya keçirilib.

Görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq, professor Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115 illiyinə həsr olunan tədbirdən əvvəl iştirakçılar Milli Kitabxana tərəfindən təşkil edilən yazıçının əsərlərinin yer aldığı sərgiyə baxıblar.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli sessiyanı açaraq qeyd edib ki, Mir Cəlalın həyatının müəyyən dövrü akademiyanın Ədəbiyyat İnstitutu ilə bağlıdır. Bildirib ki, o, 16 il Ədəbiyyat İnstitutunda Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, bir müddət isə institutun direktor əvəzi kimi çalışıb.

Qeyd edilib ki, yazıçı ərsəyə gətirdiyi nəsr əsərləri, eləcə ədəbiyyatşünaslıq istiqamətindəki fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında elmində özünəməxsus yer tutur. Mir Cəlal həm də yaradıcılığı və zəngin fəaliyyəti ilə XX əsrin əvvəlləri ilə məşhur “altmışıncılar” ədəbi nəsli arasında körpü rolunu oynayıb, yeni ədəbi nəslin yetişməsinə mühüm töhfələr verib.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim TahirovunMir Cəlal Paşayevin ictimaiyyətə az məlum olan əsərlərinin nəşri haqqında”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoyun “Səməd VurğunMir Cəlal”, filologiya elmləri doktorları, professor Asif Rüstəmlinin “Mir Cəlalın həyatı və yaradıcılığının ilkin dövrü”, İsmayıl Kazımovun “Mir Cəlal romanlarında bədii dil xüsusiyyətləri”, Əlizadə Əsgərlinin “Füzuli sənətkarlığı” və “Ədəbi məktəblər” monoqrafiyalarında poetika haqqında”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “Mir Cəlal hekayələrində folklor və milli-mənəvi dəyərlər” və başqalarının məruzələri dinlənilib.

M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Vaqif Yusifli Mir Cəlalla bağlı xatirələrini bölüşüblər.

Sonda çıxış edən ədibin oğlu, ADA Universitetinin rektoru professor Hafiz Paşayev Mir Cəlalın yubileyinin AMEA miqyasında qeyd olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, Mir Cəlal və Səməd Vurğun, Mir Cəlalın əsərlərinin dil xüsusiyyətləri, əsərlərinin səhnə taleyi və digər mövzularda tədqiqatların davam etdirilməsi gələcəkdə onun yaradıcılığının yeni tərəflərinin açılmasına gətirib çıxaracaq.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.3.