Qorunan təbiət”

 

Milli İncəsənət Muzeyində multimedia layihəsinin təqdimatı

 

Beynəlxalq Muzeylər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində “Qorunan təbiət” multimedia layihəsinin təqdimatı olub.

Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihənin kuratoru Könül Rəfiyeva bildirib ki, bu il Beynəlxalq Muzeylər Günü üçün seçilən “Muzeylər, davamlılıq və rifahmövzusu ekologiya, yeni incəsənət və kurator təcrübələri, ekoloji sənətkarlıq, həmçinin tekstil sənayesi ilə bağlı qeyri-adi muzey proqramını əks etdirir. Təqdim olunan multimedia layihəsi BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf Məqsədlərini dəstəkləyərək modanın və ənənəvi qadın sənətlərinin təbliğinə yönəlib.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzso ölkəsinin qabaqcıl davamlı inkişaf sahəsindəki təcrübəsindən söhbət açıb. Bildirilib ki, İsveç tekstil sahəsindəki inkişafı ilə bütün dünyaya qabaqcıl, keyfiyyətli parçalardan ibarət dəb təqdim edir. Azərbaycanda hazırda İsveç rəssamının tekstildən, tullantılardan yaratdığı əsərlər nümayiş etdirilir.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə bu cür təqdimatların əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənc nəsil tərəfindən belə mövzuların mənimsənilməsi olduqca önəmlidir.

Sonda tədbir iştirakçılarına mövzu ətrafında multimedia instalyasiyaları təqdim olunub.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.3.