Teatrmusiqi kollektivlərinin bölgələrə qastrol aksiyası davam edir

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində musiqi kollektivlərinin may ayı üzrə regionlara qastrol səfərləri keçiriləcək.

Aksiyanın məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti mayın 22-də (saat 15:00) Biləsuvar rayon Heydər Əliyev Mərkəzində muğam konserti təqdim edəcək.

Ansamblın solistləri – respublika və beynəlxalq müsabiqələr laureatı Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli və Taleh Yahyayev maraqlı proqramla musiqisevərlərin könlünü oxşayacaqlar. Ansamblın rəhbəri Mahir Ordubadidir.

Xatırladaq ki, qastrol aksiyasına bu ilin mart ayından başlanılıb, paytaxtda fəaliyyət göstərən bir sıra teatrmusiqi kollektivləri bölgələrdə çıxış edib.

***

Teatrmusiqi kollektivlərinin qastrol səfərlərinə bölgələrdəki sənət ocaqları da qoşulub. Bu çərçivədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi mayın 22-də (saat 11:00) Xaçmaz rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzində T.Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək.

 

Mədəniyyət.- 2023.- 19 may.- S.3.