Mədəniyyətimizin böyük
hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
(əvvəli ötən sayımızda)
1982-ci il 26 sentyabr
Azərbaycan SSR-ə Sovet İttifaqının yüksək dövlət
təltifinin – “Lenin” ordeninin
təqdim edilməsi münasibətilə Bakıda
Azərbaycan KP MK-nın
və respublika Ali Sovetinin təntənəli
iclası keçirilib. Ordeni Sovet
İttifaqı KP MK-nın
Baş katibi, SSRİ
Ali Soveti Rəyasət
Heyətinin sədri
Leonid Brejnev təqdim edib. Təntənəli
iclasda çıxış
edən Azərbaycan
KP MK-nın Birinci katibi Heydər Əliyev respublika həyatının digər
sahələri kimi, mədəniyyət sahəsinin
inkişafından da söz açıb.
“... Azərbaycanın müasir bədii
mədəniyyəti çoxcəhətlidir,
onun tərbiyə imkanları zəngin,
professional yüksəliş perspektivləri intəhasızdır.
Ədəbiyyatçıların, teatr, kino xadimlərinin tam bir dəstəsi üçün
vətəndaş yetkinliyi
dövrü olan son illərdə incəsənətin
həyatın ən gur hadisələrinə cəsarətlə müdaxilə
etməsi sahəsində
dəyərli təcrübə,
gözəl, mürəkkəb
dövrümüzün bədii
qavranışında təcrübə
toplanmışdır. Azərbaycan ədəbiyyatının,
teatr və kinosunun 70-ci illərdə
yaradılmış və
respublikanın hüdudlarından
çox-çox uzaqlarda
şöhrət qazanmış
ən yaxşı əsərləri vətəndaşlıq
pafosu ilə, ən ümdə ictimai, sosial-mənəvi problemləri kəskin surətdə qaldırması
ilə səciyyəvidir...”.
1982-ci il 5 oktyabr
Heydər Əliyev Azərbaycanda keçirilən “Lenfilm” kinostudiyası günlərində
iştirak etmək üçün Leninqrad (indiki Sankt-Peterburq – red.) şəhərindən gəlmiş
nümayəndə heyətini
qəbul edib.
1982-ci il 12 oktyabr
Azərbaycan KP MK-da respublika rəssamlarının
IX qurultayında seçilmiş
Rəssamlar İttifaqı
İdarə heyətinin
üzvləri, tanınmış
təsviri sənət
ustaları ilə görüş keçirilib. Heydər Əliyev
görüşdə çıxış
edərək Azərbaycan
təsviri sənətinin
gələcək inkişafı
ilə bağlı bir sıra mühüm
məqamlara toxunub.
“...Bizim çox zəngin tariximiz tələb edir ki, o dərindən, yaradıcılıqla dərk
edilsin, təsviri sənətdə öz əksini tapsın. Əlbəttə, Rəssamlar
İttifaqı burada bütün məsələləri
ciddi şəkildə
götür-qoy etməli,
rəssamların yaradıcılıq
axtarışlarının istiqamətini müəyyənləşdirməli,
bu çox mühüm mövzunun işlənməsinə cəlb
ediləcək müəllifləri
təyin etməlidir...
Odur ki, Azərbaycan rəssamlarının
bu sahədə yaradıcılıq fəaliyyəti
üçün geniş
meydan vardır, tarixi mövzular olduqca çoxdur. Bu mövzular hələ rəngkarlıqda öz əksini tapmamışdır.
Buna görə də
rəngkarlar xalqımızın
milli istiqlaliyyət uğrunda, mürtəce qüvvələrə qarşı,
yadelli qəsbkarlara qarşı, öz sosial qurtuluşu uğrunda apardığı
mübarizəni və
nəhayət, xalqımızın
inqilabi fəaliyyət
mərhələsini fundamental, parlaq əsərlərdə
bütün dolğunluğu
ilə əks etdirmək üçün
son dərəcə çox
iş görməlidirlər...
Bu çox vacibdir
ki, siz öz
fəaliyyətinizdə Azərbaycan
çərçivəsinə qapanıb qalmayasınız. Təbiidir ki,
sizin yaradıcılığınız
zəngin milli tarixi irsin, dünya
klassik rəngkarlığının
sintezi əsasında inkişaf edir və inkişaf edəcəkdir. Lakin bu zaman siz öz
yaradıcılığınızın coğrafiyasını genişləndirməli,
yalnız respublika ilə bağlı mövzularla kifayətlənməməlisiniz.
Siz respublikamızla əlaqədar mövzulardan
kənara nə qədər çox çıxsanız, bizim təsviri sənətimiz bir o qədər rəngarəng olar...
Biz miniatür rəngkarlığın,
çoxəsrlik zəngin
ənənələri olan
Azərbaycan miniatür
sənətinin inkişafından
dəfələrlə danışmışıq. Bir neçə il
əvvəl mən bu barədə öz fikrimi söyləmiş, Tahir Salahova demişdim ki, biz bu məktəbi
inkişaf etdirməliyik,
həm də müasir zəmində inkişaf etdirməliyik. Bu yaxınlarda mən
müasir miniatür rəngkarlığına aid bir
neçə əsərə
baxdım. Lakin bunlar, əslində, Orta əsr miniatürlərinin
rəngkarlıq vasitələri
ilə çıxarılan
surəti idi... Əgər rəssamlar bu gün də hər işdə keçmiş sənətkarların
texnikasına riayət
etsələr bu, tamaşaçılar tərəfindən
çətin ki, təqdir olunsun. Deməli, bu məktəbi əsas götürmək, onu yaradıcılıq mənasında
inkişaf etdirmək lazımdır... Hələlik
isə bizdə miniatür sənətinin
dirçəldilməsi ətrafında
yalnız söhbət
gedir və biz istənilən nəticəyə
nail olmamışıq...
Bununla əlaqədar
olaraq bizim tətbiqi sənətimiz,
xüsusən xalçaçılıq
sənəti daha da inkişaf etdirilməlidir. Xalqın dühası ilə
yaranmış qədim
əfsanələrin, həm
də bizim böyük mütəfəkkirlərimizin,
keçmiş şairlərin
əsərlərinin motivləri
və müasir həyat əsasında tematik xalçalar yaradılmasına xüsusi
diqqət yetirilməlidir.
Azərbaycan xalçaçılıq
sənətinin yüksək
bədii səviyyədə
və sənətkarlıqla
yaradılmış bu
nümunələri əsl
sənət əsərlərinə
çevrilirlər...
Bir neçə kəlmə heykəltəraşlıq haqqında. Paytaxtımız Bakı üçün heykəltəraşların yaratdıqlarını biz çox yüksək qiymətləndiririk. Lakin hələ çox iş görülməlidir. Biz hər bir şəhərdə, hər bir kənddə, hər bir yaşayış məntəqəsində Azərbaycan xalqının Böyük Vətən müharibəsindəki rəşadətli hünərini əbədiləşdirən abidə ucaltmaq vəzifəsini qarşıya qoymuşuq. Bu cəhətdən hələlik geri qalırıq. Doğrudur, 70-ci illərdə az iş görülməmişdir. Lakin şəhərlərin, kəndlərin, qəsəbələrin heç də hamısında belə abidələr yoxdur. Belə abidələrin yaradılmasına yüksək məsuliyyət hissilə yanaşmaq, yadda saxlamaq lazımdır ki, bu yolla biz xalqın öz qəhrəmanlarına əbədi ehtiramını ifadə edir və eyni zamanda həmin abidələr vasitəsilə bizim Azərbaycan heykəltəraşlığının malik olduğu imkanların geniş diapazonunu nümayiş etdiririk...”.
1982-ci il 17 oktyabr
Heydər Əliyev Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan“ pyesinin tamaşasına baxıb, tamaşadan sonra yaradıcı heyətlə görüşüb.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 19 may.- S.5.