Astarada təhsil festivalı
Mədəni proqramlar
tədbirə rəng qatıb...
Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsi, Astara Rayon İcra Hakimiyyəti, Lənkəran RMİ və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Ümummilli liderin 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib.
Festivalda elm və təhsil naziri Emin Əmrullayev, rayon rəhbərliyi, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Festivalda müəssisələrin xidmət və məhsullarından ibarət stendlər nümayiş etdirilib, universitet və peşə məktəbləri, bağçalar və məktəblərlə bağlı müxtəlif layihələr təqdim olunub. Tədbir çərçivəsində tədris ilində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlər, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər təşkil edilib.
Kitab və rəsm sərgisi, icma və məktəbəqədər təhsil müəssisələri şagirdlərinin təqdimatında tamaşalar, musiqilər festivala xüsusi rəng qatıb.
Mədəniyyət.- 2023.- 24 may.-
S.4.