“Sabahın xeyir, keramika!”
İtaliyanın sənət festivalı
Bakıda da təşkil olunub
İtaliyada ənənəvi olaraq keçirilən keramika festivalı – “Buongiorno Ceramica!” bu il Bakıda da bu sənəti sevənləri bir araya gətirib.
“Arts Council Azerbaijan”, Azərbaycan Rəssamlıq Akademiyası, “Gilabi Ceramics” Balaxanı Yaradıcılıq Mərkəzi və “World Craft Council Europe” təşkilatlarının birgə əməkdaşlığı ilə silsilə tədbirlər keçirilib.
Festival çərçivəsində rəssam Mir Teymur Məmmədovun keramika mərkəzinə ekskursiya təşkil olunub. “Gilabi Ceramics” Balaxanı Yaradıcılıq Mərkəzində ustad dərsi keçirilib. Ustad dərsinin iştirakçılarına özlərinin keramika işlərini düzəltmək və onu öz zövqlərinə uyğun ornamentlərlə bəzəmək imkanı verilib. Həmçinin Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində “Sabahın xeyir, keramika!” adlı sərgi açılıb. Sərgidə müxtəlif texnika və üslubda hazırlanmış yüzə yaxın əl işi nümayiş etdirilib.
“Buongiorno Ceramica!” keramika sənətini
və sənətkarlığını təbliğ etmək,
təkmilləşdirmək məqsədilə AİCC – İtaliya Keramika Şəhərləri
Assosiasiyası tərəfindən yaradılmış
festivaldır. Ənənəvi olaraq
mayın 20-də və 21-də İtaliyada
“Buongiorno Ceramica!”
festivalı çərçivəsində müxtəlif tədbirlər
keçirilir. Azərbaycan mədəniyyəti
və sənətkarlıq irsində xüsusi
yeri olan keramika ilə bağlı festivalın ilk dəfə Azərbaycanda da
keçirilməsinin təşəbbüskarı və kuratoru “World Craft Council Europe”
təşkilatının nümayəndəsi Sona
Quliyevadır.
Mədəniyyət.- 2023.- 24 may.-
S.3.