“Qonaq
teatr” layihəsi davam edir
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının
(ATXİ) təşkilatçılığı
ilə həyata keçirilən “Qonaq teatr” layihəsi davam edir.
Layihə çərçivəsində bu günlərdə Ağdam Dövlət Dram Teatrının kollektivi
ATXİ-nin qonağı
olub. İttifaqın böyük zalında
göstərilən “Şuşadan
gələn səs” tamaşası maraqla qarşılanıb.
ATXİ-nin məsul
katibi Aida Qafarovanın
bildirdiyinə görə,
layihə çərçivəsində
iyunun 5-də Şəki
Dövlət Dram Teatrının
yaradıcı kollektivi
Bakıya səfər
edəcək. Həmçinin iyunun 19-da Mingəçevir
Dövlət Dram Teatrının,
iyulun 3-də isə Sumqayıt Dövlət
Dram Teatrının paytaxtımıza
yaradıcı səfərləri
təşkil olunacaq.
Mədəniyyət.- 2023.- 24 may.-
S.3.