Qobustanda vətəndaşların
müraciətləri dinlənilib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən mayın 22-də Qobustan rayonunda vətəndaşların qəbulu keçirilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Xanlar Ağalarov və struktur bölmələrin rəhbərləri də qəbulda iştirak ediblər.
Qəbulda əksəriyyət Qobustan, Şamaxı və Ağsu rayonlarından olmaqla ümumilikdə 84 sakin iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin edilmə, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı problem və təkliflərdən ibarət olub.
Hər bir müraciət qeydiyyata alınıb, diqqətlə
araşdırılması və qaldırılan məsələlərin
qanunvericiliyə uyğun həlli barədə
struktur bölmələrin rəhbərlərinə
müvafiq tapşırıqlar verilib.
Mədəniyyət.- 2023.- 24 may.-
S.4.