Birləşmiş Ərəb
Əmirliklərinin səfiri Milli Kitabxana ilə tanış olub
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi mayın 22-də Milli Kitabxanada olub.
Görüş zamanı direktor Kərim Tahirov qonağa Milli Kitabxana haqqında məlumat verib. Bildirilib ki, Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir. Həmçinin ərəb ölkələrindən Qətər və Misirlə geniş əməkdaşlıq əlaqələri mövcuddur.
Qeyd olunub ki, bu görüş Birləşmiş Ərəb Əmirlikləri ilə də əlaqələrə və müvafiq memorandumun imzalanmasına zəmin yaradacaq.
Səfir Azərbaycan Milli Kitabxanasının Əbu-Dabi, Dubay, Şarja kimi böyük şəhərləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyindən bəhs edib.
Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan
xalçaları haqqında, habelə digər kitablar
hədiyyə edilib.
Mədəniyyət.- 2023.- 24 may.-
S.3.