Mədəniyyətimizin böyük
hamisi
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
(əvvəli ötən sayımızda)
1982-ci il 17 oktyabr
Heydər Əliyev Azərbaycan Dövlət Akademik Dram Teatrında Anatoli Safronovun “Gecənin sirri” pyesinin tamaşasına baxıb. Xalq yazıçısı Mirzə İbrahimovun tərcümə etdiyi əsərə Əməkdar incəsənət xadimi Әşrəf Quliyev quruluş verib. Tamaşanın səhnə tərtibatını rəssam Kamal Şıxәliyev verib, musiqisini bəstəkar Sevda İbraһimova yazıb. Rollarda Mәһluqә Sadıqova, Amaliya Pənaһova, Sevil Abbasova, Zәrnigar Ağakişiyeva, Telman Adıgözəlov, Sadıq İbraһimov, Nurәddin Quliyev, Ramiz Novruzov, Firuz Xudaverdiyev çıxış ediblər. Premyerada əsərin müəllifi də iştirak edib. Tamaşadan sonra Heydər Əliyev SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi A.Safronovu, M.İbrahimovu və teatrın kollektivini yaradıcılıq müvəffəqiyyəti, Böyük Vətən müharibəsi illərində sovet xalqının hünərini əks etdirən səhnə əsərinin ərsəyə gəlməsi münasibətilə təbrik edib.
“Sizin birgə işiniz bir daha parlaq şəkildə göstərmişdir ki, Vətən naminə fədakarlığa hazır olmaq hissi tərbiyə edən әsәrlәrin bədii təcəssümündə ədəbiyyat və incəsənət xadimləri qarşısında necə geniş imkanlar açılır. Nə dәrәcədә acı və sərt olursa-olsun, müharibə haqqında həqiqəti danışmaq, gənc nəsli yaşlı nəslin ənәnәlәri əsasında tərbiyə etmək hər bir sənətkarın müqəddəs borcudur. Xüsusilə sevindirici haldır ki, siz bunu böyük bədii qüvvə ilə etmisiniz. Bunun rəmzi mənası vardır ki, SSRİ-nin təşkilinin 60 illiyində – sovet xalqlarının dostluq və qardaşlıq bayramı ilində Azərbaycan teatrı yenidən rus dramaturgiyasına müraciət etmiş, vətəndaşlıq borcuna son dərəcə sadiq olan yenilməz ruhlu mərd insanların həyatından bәһs edən tamaşa göstərmişdir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan teatrı, Azərbaycan incəsənəti öz beynəlmiləlçilik әnәnәlərinә sadiqdir...”.
1982-ci il 18 oktyabr
Bakıda, V.İ.Lenin adına Sarayda böyük mütəfəkkir, yazıçı, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundovun anadan olmasının 170 illiyinə həsr edilmiş təntənəli yığıncaq keçirilib. Heydər Əliyev yubiley mərasimində iştirak edib. Mərasimə SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi A.Safronov, Gürcüstan KP MK-nın katibi Q.Yenukidze, müttəfiq respublikaların yazıçı təşkilatlarının nümayəndələri, eləcə də Əlcəzair, Bolqarıstan, Konqo, Monqolustan, Fələstin və Suriyadan qonaqlar qatılıblar.
1982-ci il 19 oktyabr
Heydər Əliyev Bakıda M.F.Axundovun anadan olmasının 170 illiyi şərəfinə keçirilən mərasimin iştirakçılarını qəbul edib.
1982-ci il 26 oktyabr
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə mütəfəkkir şair-dramaturq, repressiya qurbanı Hüseyn Cavidin nəşi Sibirdən (1941-ci ildə sürgündə vəfat etdikdən sonra dəfn olunduğu İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndi) Azərbaycana, Bakıya gətirilib.
1982-ci il 27 oktyabr
Heydər Əliyev Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun 60 illiyinə və İnstituta “Qırmızı Əmək Bayrağı” ordeninin təqdim edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.
1982-ci il 28 oktyabr
Heydər Əliyev SSRİ Elmlər Akademiyası Fəlsəfə və hüquq bölməsinin Bakıda keçirilən səyyar iclasında çıxış edib.
1982-ci il 2 noyabr
Naxçıvanda Hüseyn Cavidin Sibirdən gətirilmiş nəşinin dəfn mərasimi keçirilib. Heydər Əliyev mərasimdə iştirak edib. 1982-ci ildə Hüseyn Cavidin 100 illiyi Azərbaycan KP MK-nın müvafiq qərarı (1981-ci il 21 iyul tarixli) ilə silsilə tədbirlərlə qeyd edildi, əsərləri kütləvi tirajlarla nəşr olundu, tamaşaya qoyuldu, adı küçə, məktəb və mədəniyyət ocaqlarına verildi.
1982-ci il 22 noyabr
Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib.
1982-ci il 24 noyabr
Heydər Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilib.
1982-ci il 27 noyabr
Heydər Əliyev Bakıda “Azərbaycanın tarixi və mədəniyyət abidələri” sərgisinə baxıb. Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yeni vəzifələrinin icrası ilə bağlı Moskvaya yola düşməyə hazırlaşan Heydər Əliyev bu tədbir vasitəsilə mədəniyyət və incəsənət xadimləri ilə bir araya gəlib.
***
1982-ci il 22 oktyabr
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan EA-nın Ədəbiyyat İnstitutu sovet ədəbiyyatşünaslığının inkişafı və elmi kadrların hazırlanmasında xidmətlərinə görə “Xalqlar Dostluğu” ordeni ilə təltif olunub.
1982-ci il 18 noyabr
Respublika Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan sovet ədəbiyyatının inkişafında xidmətlərinə görə yazıçı-dramaturq Məmmədiyyə Yusifzàdəyə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə və ànàdàn olmasının 75 illiyi ilə əlaqədar respublikanın Xalq artisti Kseniyà Bàbiçevà respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.
Hazırladı: V.Orxan
(davamı var)