Masallıda “Etno-caz” konserti
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində paytaxtda fəaliyyət göstərən musiqi kollektivlərinin may ayı üçün regionlara qastrol səfərləri başlanıb.
Fərdin Məhəmmədzadənin “Nəva” qrupu və tarzən Səxavət Məmmədov N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Etno-caz” konserti ilə çıxış edib.
Əvvəlcə Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev qonaqları salamlayaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan qastrol səfərləri haqqında məlumat verib.
Sonra səhnə
musiqiçilərin ixtiyarına verilib.
Konsertdə muğam və cazın
sintezindən ibarət kompozisiyalar ifa olunub. “Nəva” qrupunun üzvləri Fərdin Məhəmmədzadə
(piano), Şəmsi Məmmədov (bass), Cəfər Həsənov (zərb alətləri)
və Səxavət Məmmədovun (tar)
rəngarəng ifaları maraqla
qarşılanıb.
Mədəniyyət.- 2023.- 26 may.- S.4.