Şair İnqilab İsaqın 70 illik yubileyi qeyd olunub

 

Göygöl rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü, şair İnqilab İsaqın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Göygöl Rayon İcra Hakimiyyəti və Şəmkir RMİ-nin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı Elvin Paşayev ölkə rəhbərliyi tərəfindən ziyalılara, yaradıcı insanlara göstərilən diqqət və qayğıdan danışıb.

AYB-nin katibi İlqar Fəhmi yerli yazarlarla layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Şəmkir RMİ-nin Göygöl rayonu üzrə nümayəndəsi Nurəddin Babazadə, AYB-nin Gəncə bölməsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova, “CavadxanTarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov və başqaları yubilyar şairin yaradıcılığından, Azərbaycan ədəbi mühitinin inkişafından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıblar.

Sonda İnqilab İsaqa hədiyyələr təqdim olunub. Şairin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa edilib, şeirləri səsləndirilib.

 

Mədəniyyət.- 2023.- 26 may.- S.4.