Azər Buzovnalının “Oğuznamə” əsəri
çap olunub
XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən şair, tərcüməçi Azər Buzovnalının (Məşədi Azər Hacı Məcid oğlu İmaməliyev; 1870-1951) “Oğuznamə” kitabı çapdan çıxıb.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) xətti ilə nəşrə hazırlanan kitabda müəllifin 1925-ci ildə tarixi mövzuda yazdığı, soy-kökümüzdən, milli keçmişimizdən, Dədə Qorqud və ozan-aşıq mədəniyyətinin yaranış tarixindən bəhs edən “Oğuznamə” əsəri yer alıb.
Ərəb qrafikalı Azərbaycan əlifbasında (əski əlifba) əlyazma halında olan əsər müasir əlifbamıza transfoneliterasiya edilərək təqdim edilir. Kitab tarixçilər, filoloqlar, folklorçu-etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabı transfonoliterasiya
edərək nəşrə hazırlayan filologiya
üzrə fəlsəfə doktoru Könül Sabir, məsləhətçisi,
elmi redaktoru və ön sözün müəllifi
AAB-nin sədri Əməkdar elm xadimi, professor
Məhərrəm Qasımlı, rəyçisi filologiya elmləri doktoru
Nailə Səmədovadır.
Mədəniyyət.- 2023.- 26 may.- S.6.