Yaddaşlarda əbədi yaşayan
lider
Zərdab şəhər Uşaq incəsənət məktəbi, rayon Heydər Əliyev Mərkəzi və MKS-nin birgə əməkdaşlığı ilə “Daima yaddaşlarda yaşayan lider” adlı konsert proqramı keçirilib. Heydər Əliyevin dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlərdən ibarət olan səs yazısının dinlənilməsi ilə başlayan konsertdə rəngarəng musiqi və rəqs nömrələri təqdim edilib.
***
Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
***
Qazax rayon Mədəniyyət Mərkəzi və rayon MKS-nin birgə təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin dəstəyi ilə “Mədəniyyətə bağlı ömür” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına qayğısından danışıblar.
***
Qax rayon Uşaq incəsənət məktəbinin fortepiano şöbəsində “Kiçik konservatoriya” adlı məktəbdaxili müsabiqə keçirilib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
***
Qəbələ rayon Mədəniyyət Mərkəzində rayon Uşaq incəsənət məktəbinin Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hesabat konserti keçirilib. Ulu öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş olunduqdan sonra şagirdlərin ifasında musiqi nömrələri təqdim edilib.
***
Şəmkir RMİ-nin təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyev – 100 və Azərbaycan mədəniyyəti” adlı fotosərgi keçirilib.
***
Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində violin müəllimi Surxay Əhmədovun sinif konserti təşkil edilib. Şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.
***
Sumqayıtda ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında Ümummilli liderin 100 illik yubileyi münasibətilə “El bilir ki, sən mənimsən” adlı respublika rəsm və əl işləri müsabiqəsi keçirilib. Şəhər Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdi Zeynal Əmiraslanov II yerə layiq görülüb. Şagirdi müsabiqəyə müəllimi Səadət Şahbazova hazırlayıb.
***
Siyəzən rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Siyəzən nümayəndəliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual yarış keçirilib. Yarış Heydər Əliyevin azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, gənclərin dünyagörüşünün və intellektual səviyyəsinin artırılması məqsədilə reallaşıb.
N.
Məmmədli
Mədəniyyət.- 2023.- 26 may.- S.4.