Şuşa şəhərinin tarixi ilə bağlı daha bir kitab

 

 

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Gülcamal Sadıxovanın “Şuşa şəhərinin tarixi (XIX – XX əsrin əvvəlləri)” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, ilk dəfə 2004-cü ildə rus dilində işıq üzü görən kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü, professor Mahmud İsmayılov, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Vidadi Umudlu və Ənvər Məmmədovdur.

İlk nəşrdən keçən müddət ərzində davam etdirilən tədqiqatlar nəticəsində elmi dövriyyəyə yeni sənəd və materiallar gətirilib, bununla da kitabın yeni nəşrinin hazırlanması zərurəti yaranıb. Kitabda Şuşa şəhərinin qısa tarixi oçerki verilib. XIX-XX əsrin əvvəllərində şəhərin ərazisi, əhalisi, inzibati-idarə sistemi, iqtisadi, ictimai-siyasi və mədəni həyatı hərtərəfli tədqiq olunub.

 

Mədəniyyət.- 2023.- 26 may.- S.4.