Memarlıq abidələri rəsmlərdə – kataloq çap olunub

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun kolleksiyası əsasında “Azərbaycan memarlıq abidələri rəsm əsərlərində” adlı kataloq çap olunub.

Nəşrin müəllifi, muzeyin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova bildirib ki, kataloqda Azərbaycan və rus rəssamlarının Azərbaycanın maddi mədəniyyət nümunələrini, daş yaddaşı olan memarlıq abidələrini əks etdirən ümumilikdə 37 əsəri yer alıb. Nəşrdə bu mövzu ilə əlaqəli bir sıra digər əsərlərin siyahısı da verilib.

Kataloqun hazırlanmasında məqsəd Azərbaycan memarlığının şah əsərlərini təsviri sənət ustalarının əl işlərində bir daha diqqətə çatdırmaq, qədim mədəni irsimizi bir daha tanıtmaqdır. Hazırda azad edilmiş torpaqlarımızda aparılan quruculuq işlərində bu əsərlərdən informasiya daşıyıcısı, fakt kimi istifadə etməklə həmin abidələri bərpa etmək mümkündür.

Nəşrin elmi redaktoru muzeyin direktoru akademik Nailə Vəlixanlıdır.

 

Mədəniyyət.- 2023.- 26 may.- S.6.