“Tarix” animasiya filmi Xorvatiyada festivalda iştirak edir
Mayın 25-də Xorvatiyada 14-cü “VAFI & RAFI” Beynəlxalq Uşaq və Gənclər Animasiya Film Festivalı başlayıb. İyunun 4-dək davam edəcək
festivala çoxsaylı
ölkələrdən yüzlərlə
ekran əsəri təqdim olunub.
Festivalda ölkəmizi Ceyhun Türksoyun “Tarix” qısametrajlı animasiya filmi təmsil edir. Film festivalın əsas müsabiqə proqramına seçilib.
Mədəniyyət Nazirliyi tərəfindən
2020-ci ildə elan edilmiş “Böyük Qayıdış” qısametrajlı
bədii, sənədli
və animasiya film layihələri müsabiqəsinin
qalib işlərindən
olan “Tarix” nazirliyin dəstəyi ilə “OB FILM” tərəfindən
istehsal olunub. Filmin quruluşçu
rejissoru Ceyhun Türksoy, ssenari müəllifi və prodüseri Orxan Behbid, bəstəkarı Şəmsi Tağıyevdir.
Film I Qarabağ müharibəsindən
sonrakı dövrdə
doğulan, ötən
illər ərzində
Qarabağın işğalı
ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla
xətt çəkən
oğlanın hekayəsidir.
Qeyd edək
ki, “Tarix” filmi bundan öncə
Bakıda keçirilən
5-ci “ANIMAFILM” festivalında, eləcə də Hindistanda və Filippində festivallarda iştirak edib.
Mədəniyyət.- 2023.- 26 may.- S.2.