Müasir Musiqi Günlərifestivalı başa çatdı

 

Xəbər verdiyimiz kimi, 21-25 may tarixlərində Elm Təhsil Nazirliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk “Müasir Musiqi Günlərifestivalı keçirilib.

Mayın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın bağlanış konserti oldu.

Tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, musiqisevərlər digər qonaqlar vardı.

Konsertdən əvvəl çıxış edən musiqişünas Sara Timurova festival haqqında məlumat verdi. Qeyd etdi ki, festival çərçivəsində konsertlərlə yanaşı, ustad dərsləri, məşğələlər, mühazirələr təşkil olunub: “Biz bu festival boyu XX əsr bəstəkarları ilə yanaşı, çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin qabaqcıl nümayəndələrinin əsərlərini dinlədik. Bəstəkarlarımızın əsərlərinin Qərb məktəbi ilə oxşarlıq fərqliliyini sezə bildik. Festivalın ən önəmli məsələlərindən biri o oldu ki, biz Azərbaycanda neçə-neçə istedadlı ifaçını kəşf etdik. İnanırıq ki, bu festival Azərbaycanın müasir bəstəkarlıq ifaçılıq məktəbinə öz töhfəsini verəcək”.

Sonra musiqiçilər səhnəyə dəvət olundu.

Konsertdə “Cadenza” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə, konsertmeyster Samir Əsədov, dirijor Orxan Həşimov) müşayiətində Zakir Əsədov (piano), Mahir Tağızadə (bariton) Fidan Ağayeva-Edler (piano) rəngarəng ifaları ilə tamaşaçıların qəlbini oxşamağı bacardılar.

İsmayıl Hacıbəyov Rüfət XəlilovunKapriççio”, Ayaz QəmbərlininMelanxoliya”, macar bəstəkar György Ligetinin “Piano orkestr üçün konsertəsərləri ifa edildi.

Qeyd edək ki, “Müasir Musiqi Günlərifestivalına mayın 25-də Nizami Kino MərkəzindəLigeti: portretfilminin nümayişi ilə yekun vurulub.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 26 may.- S.3.