Kitab mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi

 

Ölkəmiz beynəlxalq forumda təmsil olunub

 

 

24-26 may tarixlərində Özbəkistanın Buxara şəhərindəKitab mütaliə cəmiyyətin inkişafında strateji resurs kimiadlı II Birlik Forum keçirilib. Mərkəzi Asiya – 2023: elm, təhsil, mədəniyyət biznesdə internet kitabxana-informasiya resurslarımövzusunda XVI Beynəlxalq Konfrans çərçivəsində təşkil edilən tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov təmsil edib.

Konfransın plenar iclasında Özbəkistanın İnformasiya Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva digər iştirakçılar çıxış ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məruzə təqdimatla çıxış edərək mütaliəyə marağın artırılması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi barədə danışıb. O, son illər istər proseslərində, istərsə xidmət sahələrində innovasiyaların tətbiqinin Azərbaycan Milli Kitabxanasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib bu istiqamətdə görülən işlər, istifadəçilərin kitabxana-informasiya təminatında tətbiq edilən yeni layihələr barədə məlumat verib.

Direktor gənclərin mütaliə mədəniyyətinin formalaşması məqsədilə Milli Kitabxananın nəzdində yaradılanAçıq kitabxanalayihəsi, kitabxananın saytında virtual rejimdə respublika kitabxanalarına, mütəxəssislərəMetodiki xidmət”, “Sənədlərin sifarişi elektron çatdırılması”, həmçinin “Virtual sifarişBiblioqrafik sorğukimi xidmət növləri, “Musiqi kitabxanasıAudiokitablayihəsindən danışıb. O, həmçinin mütəmadi olaraq virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksi olan və əməkdaşlar tərəfindən yaradılan tammətnli elektron məlumat bazalarının hazırlandığını qeyd edib, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə və digər mühüm sahələrə dair virtual sərgilərin hazırlandığını vurğulayıb. Kitabxanaların işinin daha da təkmilləşməsi prosesinə xidmət edən innovasiyaların tətbiqinin günün tələbi olduğu diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2023.- 26 may.- S.3.