Pianoçu Adilə Əliyevaya FransanınFəxri Legion” ordeni təqdim olunub

 

Müstəsna barmaqları, mükəmməl zövqü heyrətamiz emosiyaları olan ifaçıdır...”

 

Fransanın Azərbaycandakı Səfirliyində soydaşımız, tanınmış musiqiçi, Azərbaycanın Əməkdar artisti Adilə Əliyevaya bu ölkəninFəxri Legion” ordeninin təqdim olunması mərasimi keçirilib.

Tarixi vətəninin hüdudlarından kənarda da şöhrət qazanmış Adilə Əliyeva 30 ildən çoxdur Fransada yaşayır. Tanınmış pianoçu Fransa Prezidentinin 2022-ci il 13 iyul tarixli fərmanı ilə dünyada klassik musiqinin təbliğinə görə bu ölkənin ən yüksək dövlət mükafatı olanFəxri Legion” ordeninin kavaler dərəcəsi ilə təltif olunub. Fransanın milli bayramı ərəfəsində imzalanan fərmanda bildirilib ki, pianoçu, klassik musiqi festivalının təsisçisi Adilə Əliyeva musiqi sahəsində 46 illik xidmətinə əsasən bu mükafata layiq görülüb.

Ondan bir neçə gün əvvəl isə Adilə Əliyeva Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan musiqisinin dünyada tanıdılması, gənc nəsil musiqiçilərin hazırlanmasında xidmətlərinə, habelə Fransada onun adını daşıyan mötəbər beynəlxalq müsabiqənin təşkilinə görəDostluqordeni ilə təltif edilib.

Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri Ann Buayon bildirib ki, bu mükafat Napoleon Bonapart tərəfindən 1802-ci ildə cəngavər ordenləri nümunəsində təsis olunub. Ordenin kavaleri titulu Fransada böyük xidmətlərə görə verilir.

Bakı şəhərində anadan olan Adilə Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Onun 50-dən çox ölkədə konsertləri təşkil edilib.

Adilə Əliyeva pianoçuların bir çox mötəbər beynəlxalq müsabiqələrinin laureatıdır. Onun solo konsertlərinin səs yazısı, o cümlədən Ulu öndər Heydər Əliyevə BMT- Azərbaycan Gününə həsr etdiyi ifaları müxtəlif ölkələrin televiziya radio arxivlərində saxlanılır, habelə kompakt-disk DVD şəklində buraxılıb.

Adilə Əliyeva konsert fəaliyyəti ilə yanaşı, BMT-nin sülh elçisi qismində Azərbaycan musiqi sənətini dünyada təbliğ edərək böyük işlər görür. Onun sülh elçisi kimi ideyalarından biri Azərbaycan Fransanın şəhərləri arasında çoxtərəfli münasibətlərin inkişafıdır. Pianoçu Fransa nümayəndə heyətinin tərkibində öz əcdadlarının vətəni olan Şamaxıda olub, onun səyləri nəticəsində bu şəhərlə Fransanın Qayar şəhəri qardaşlaşıb.

Pianoçunun daha bir təşəbbüsü onun adını daşıyan beynəlxalq musiqi müsabiqəsidir (“Adilia Alieva International Music Competition”). 1996-cı ildən etibarən Fransada İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır, onları tanıdır təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır. Artıq ənənə halını alan populyar olan bu tədbir Fransanın mədəni həyatının ayrılmaz hissəsinə çevrilib.

Fransanın Annemas şəhərində yaşayan A.Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Burada özünün görkəmli müəllimlərinin prinsiplərini həyata keçirərək və malik olduğu zəngin təcrübəyə əsaslanaraq müxtəlif səviyyədə və yaşda olan tələbələrin hazırlanmasının effektiv təhsil sistemini yaradıb.

Nyu-York Tayms” qəzetinin nüfuzlu musiqi tənqidçilərindən biri, “Motsartdan bizim zamanımıza qədər” ensiklopediyasının müəllifi Harold ŞonberqAmerican Record Guide” nəşrinin səhifələrində yazıb ki, “Adilə Əliyeva müstəsna barmaqları, mükəmməl zövqü və heyrətamiz emosiyaları olan gözəl pianoçudur. O, musiqidə ən yüksək zirvəyə yüksəlib”.

Adilə Əliyevanın “Fəxri Legionordeni ilə təltif olunması onun fransız mədəniyyətinə  töhfələrinə də verilən yüksək qiymətdir.

Qeyd edək ki, Fransanın yüksək dövlət təltifi olan “Fəxri Legionordeninin üç fərqlənmə dərəcəsi var: kavaler (al lent üzərində gümüş nişan), zabit (rozetli lentdə qızıl nişan) və komandor (al lent üzərində qızıl nişan).

 

Mədəniyyət.- 2023.- 26 may.- S.1;3.