İstiqlal yazıları” kitabının təqdimatı olub

 

Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Xalq Cümhuriyyəti dövründə çap olunmuş “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru, tanınmış jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahiminİstiqlal yazıları” kitabının təqdimatı keçirilib.

Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Bildirib ki, kitabda Xəlil İbrahimin müxtəlif illərdə yayılmış məqalələri toplanıb.

Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan Xəlil İbrahim 1892-ci ildə Şuşada doğulub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçərək təhsilini orada davam etdirib. 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlayıb. 1918-ci ildə “Azərbaycan” qəzetinin yaradıcılarından birirusca nəşrin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundanrespublikada kommunist rejimi qurulduqdan sonra X.İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış edib. Bu illərdə o, milli teatr və mədəniyyətin inkişafı, problemləri ilə bağlı onlarla məqalə, resenziya yazıb, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak edib.

Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyunbir sıra başqa Avroparus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1937-ci ildə amansız repressiya dəhşətlərinin qurbanı olub.

Kitabın tərtibçisi, bəzi məqalələri ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya transliterasiya edən və ön sözün müəllifi, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı onun necə ərsəyə gəlməsindən danışıb. Bildirib ki, bu gün Cümhuriyyətimizin qurucularından və həmin dövrün ən parlaq simalarından biri olan Xəlil İbrahim haqqında Azərbaycan ictimaiyyətinin yetərincə məlumatı yoxdur. O, bir müddət “Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışıb. X.İbrahim milli mətbuatımızın, publisistikamızın və Cümhuriyyət ideyalarının formalaşmasında çox böyük rolu, xidməti olan bir şəxsiyyətdir. Onun hətta teatrşünaslıqla bağlı dövrün qəzetlərində çox mükəmməl məqalələri, təhlilləri var. Bu gün burada təqdim olunanİstiqlal yazıları” kitabında X.İbrahiminŞuşadan yazılar”, “Şuşadan məktublar” adlı bir neçə məqaləsi də yer alır. Bu məqalələri o, 1916-cı ildə “Açıq söz” qəzetində yazmağa başlayıb və sonradan bunu “Azərbaycan” qəzetində davam etdirib. X.İbrahim həmçinin “Kommunist” qəzetində də yazılarla çıxış edib. O, Cümhuriyyət ideyaları ilə yaşayan insan idi. Bu kitabda da onun Cümhuriyyət, istiqlal mövzulu yazıları yer alıb.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi qeyd edib ki, X.İbrahim çox zəngin biliyə sahib insan idi. Onun dilçiliklə, Azərbaycan ədəbi dilinin qaydaları ilə bağlı yazılarını xüsusi qeyd etmək olar. 1926-cı ildə keçirilən Türkoloji Qurultayın təşəbbüskarlarından biriX.İbrahim olub. O, həmçinin Türkiyə-Azərbaycan münasibətlərində qardaş yardımlaşmalarına dəstək verən publisistik yazılarla çıxış edən insan idi. Onun mədəniyyət problemləri ilə bağlı yazıları da xüsusi əhəmiyyət daşıyır”.

Digər çıxış edənlər də yeni çap olunmuş kitabX.İbrahim haqqında fikirlərini bölüşüblər.

 

Mədəniyyət.- 2023.- 26 may.- S.2.