Mədəniyyətimizin böyük hamisi  

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

 

(əvvəli ötən sayımızda)

 

1982-ci il 3 dekabr

Azərbaycan KP MK-nın plenumunda təşkilati məsələyə baxılıb. Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi ilə əlaqədar Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsindən azad edilib. Plenumda nitq söyləyən Heydər Əliyev Azərbaycanda mədəniyyət sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrdən də danışıb.

“...Azərbaycan KP MK yaradıcılıq ittifaqlarının və müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə, bədii yaradıcılıq üçün mədəniyyət ustalarına əlverişli şərait yaradılmasına, onların əməyinin mənəvi stimullaşdırılmasına daim qayğı göstərir. Respublikanın əsaslı surətdə yüksəldiyi dövrdə Azərbaycan mədəniyyətində də böyük müvəffəqiyyətlər qazanılmışdır. Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar, teatrkino xadimləri, incəsənətin bütün janrlarının nümayəndələri respublikanın şanlı nailiyyətlərinə layiqincə kömək göstərmiş, bir çox mühüm əsərlər yaratmış, xalqımızın mənəvi xəzinəsini yeni nailiyyətlərlə zənginləşdirmişlər.

Bədii mədəniyyətin daha da inkişaf etdirilməsi, kütlələrin estetik tərbiyəsi vəzifələri incəsənət ustalarının yaradıcılıq səylərini bundan sonra da hər vasitə ilə gücləndirməyi, bədii mədəniyyətimizi inkişaf etdirməyi və təkmilləşdirməyi tələb edir. Yazıçılar, bəstəkarlar, rəssamlar, kinematoqrafçılar, arxitektorlar ittifaqları, teatrxor cəmiyyətləri bu işdə mühüm rol oynamalı, yaradıcılıq problemlərinin həllinə öz xidmətini artırmalıdırlar...”.

1982-ci il 6 dekabr

Heydər Əliyev Moskvaya yola düşüb. Bundan sonra onun həyat və fəaliyyətinin səkkiz ili bu şəhərdə keçib.

 

***

 

SSRİ rəhbərliyində yüksək vəzifələrin icrasına başlamazdan öncə Heydər Əliyev respublikanın rəhbəri kimi Azərbaycanın mədəniyyətinə diqqət-qayğısını bir daha nümayiş etdirdi. Onun təşəbbüsü ilə bu sahədə çalışanların böyük bir qrupuna yaradıcılıq nailiyyətlərinə görə fəxri adlar verildi.

 

1982-ci il 1 dekabr

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə bir sıra teatrların aparıcı səhnə ustalarına fəxri adlar verilib:

Xalq artisti” – Süleyman Ələsgərov (Gənc Tàmàşàçılàr Teatrı); Nodàr Şàşıqoğlu, Muràd Yàgizàrov (hər ikisi – Dövlət Rus Dram Teatrı); Zemfira Əliyeva, Sofiya Hüseynova (hər ikisi – Naxçıvan Musiqili Dram Teatrı).

“Əməkdar artist” – Azərbaycan Dövlət Akademik Dram, Dövlət Gənc Tàmàşàçılàr, Dövlət Rus Dram, Azərbaycan Dövlət Kukla, Lənkəran Dövlət Dram, Şəki Dövlət Dram,  Àğdàm Dövlət Dram, Sumqayıt Dövlət Dram, Mingəçevir Dövlət Dram, Kirovàbàd (Gəncə – red.) Dövlət Dram teatrlarının ümumilikdə 13 artisti.

Həmçinin respublika Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrından Səyavuş ÀslànXalq artisti”, daha 6 nəfər “Əməkdar artist” fəxri adlarına layiq görülüb.

 

***

Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə respublikanın kino sənəti xadimlərinə fəxri àdlàr verilib:

 

Xalq artisti” – Həsən (Əbdülhəsən) Məmmədov, Şəfiqə Məmmədovà, Rasim Bàlàyev  (aktyorlar); Rasim Ocàqov, Eldàr Quliyev (kinorejissorlar); Cavanşir Məmmədov (kinooperator).

“Əməkdar incəsənət xadimi” – Zaur Məhərrəmov (kinooperator); Yalçın Əfəndiyev (kinorejissor).

“Əməkdar artist” – Əminə Yusifqàrdàş qızı; Muxtar Màniyev (aktyorlar).

***

Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə təsviri sənətin inkişafında xidmətlərinə görə bir qrup rəssam və heykəltəraşa fəxri àdlàr verilib:

Xalq rəssamı” – Baba Əliyev, Kamil Əliyev, Hüseyn Əliyev, Mirələsgər Mirqasımov, Vidadi Nərimanbəyov, Salam Sàlàmzàdə, Tağı Tağıyev, Ömər Eldarov.

“Əməkdar rəssam” – 21 nəfər.

 

***

Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə musiqi sənətinin inkişafında fəxri àda layiq görülən bəstəkarlar:

“Əməkdar incəsənət xadimi” – Əfsər Càvànşirov, Boris Yermolàyev, Məmməd Quliyev, Musa Mirzəyev, Ramiz Mirişli.

1982-ci il 2 dekabr

Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə respublikada elmin inkişafında və bu sahədə kadrların hàzırlànmàsındà xidmətlərinə görə bir qrup alimə “Əməkdar elm xadimi” fəxri adı verilib: o cümlədən Midhət Àğàmirov (filosof); Püstə Əzizbəyova, Sàrà Àşurbəyli, Ziya Bünyàdov, Cəmil Quliyev (tarixçilər); Məmmədcəfər Cəfərov, Cahangir Qəhrəmanov (filoloqlar); Əbdülvàhàb Sàlàmzàdə (sənətşünas).

1982-ci il 3 dekabr

Respublika Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə və M.Qorki àdınà Stepànàkert (Xankəndi – red.) Dövlət Dram Teatrının 50 illiyi ilə əlaqədar olaraq teatrın bir qrup əməkdaşına “Xalq artisti”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist” və “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib. Həmçinin teatrın bir qrup əməkdaşı Ali Sovetin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilib.

1982-ci il 9 dekabr

Musiqi ifaçılığı sənətinin inkişafında xidmətlərinə və Azərbaycan SSR Dövlət TeleviziyaRadio Verilişləri Komitəsi Xalq çalğı alətləri orkestrinin 50 illiyi ilə əlaqədar olaraq orkestrin vokalçı-solisti Gülağa Məmmədov “Xalq artisti”, orkestrin daha beş üzvü “Əməkdar artist” fəxri adlarına layiq görülüb. Bundan əlavə, orkestrin bas dirijoru Nəriman Əzimov, bir qrup solistüzvü Ali Sovetin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 26 may.- S.5.