Ağdam teatrı mövsümüDərs”lə açıb

 

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü Sahib İbrahimlinin eyniadlı əsəri əsasında səhnələşdirilənDərstamaşası ilə açıb.

Tamaşanın quruluşçu rejissoru K.Həsənov, quruluşçu rəssamı M.Qarayev, musiqi tərtibatçısı A.Şükürovdur. Rolları Nuranə Əliyeva, Camal Zamanov, Qalib Abdullazadə, Hakim Cəfərli, Anar Əhmədov ifa edirlər.

Maarifləndirici tamaşada bir qrup gəncin narkomaniya bəlasına düçar olmasından bəhs edilir. Tamaşa yerli ictimaiyyət teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.