Naxçıvan teatrı Gəncədə tamaşa
göstərib
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
peşəkar milli teatrın 150 illiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə
qastrol aksiyaları çərçivəsində Naxçıvan Dövlət
Milli Dram Teatrı Gəncədə
qonaq olub. Kollektiv sentyabrın 29-da Gəncə Dövlət Dram Teatrının səhnəsində Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşası
ilə çıxış
edib.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir
Qabil Əkbərov, quruluşçu rəssamı
Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır.
Xəstə qızına çörək oğurlamaq istəyən ata bilmədən kiminsə ölümünə səbəb olub və ölüm hökmünə məhkum edilir. Tamaşa onun edam olunacağı ana qədər yaşadığı iztirablar, keçirdiyi sarsıntılar haqqındadır.
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.4.