Gildən tütək?
Astara rayonu
Toradi kənd klubunda gildən hazırlanan qədim tütək qorunur. Qazıntılar zamanı tapılan bu alət klubda toplanan 200-dən çox eksponat sırasında yer alıb. Uzunluğu 6 santimetrə yaxındır. İlk baxışdan müasir tütəklərdən fərqlənsə
də, ifa zamanı bu alət yenilərindən geri qalmır.
Tarixçi Ağarəhim
Abdulov bildirib ki, qədim gil tütək bir neçə min il əvvələ
aiddir. Ön tərəfində bir, arxa tərəfində isə iki deşik
var. Bu deşiklər
vasitəsilə səsləri
idarə etmək olur. Müasir zurna, balaban və tütəkdən fərqi onun ikinci notunun olmasıdır. Bu da ifa zamanı
bəzi çətinliklər
yaradır.
Toradi kənd klubunun müdiri Surəddin Əliyev deyib ki, klubda qədimliyi ilə seçilən, müxtəlif dövrlərə aid qoç fiqurları, gildən hazırlanmış su boruları, müxtəlif saxsı qablar da qorunub saxlanılır. Bu eksponatların arasında ən diqqət çəkəni isə gil tütəkdir. Bu qədim tütəkdən cənub bölgəsində üç rayonda tapılıb.
Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.