Bu da axırı

 

 

Son aylar maraqlı eksperimentləri ilə diqqət çəkən Lənkəran Dövlət Dram Teatrı növbəti premyera ilə teatrsevərlərin görüşünə (30 sentyabr) gəlib. “Bu da axırıadlı monotamaşa rejissor Abdulla Elşadlının yaradıcılıq işidir. Piter Turininin eyniadlı pyesi əsasında hazırlanan tragikomediyanın oyunçusu teatrın aparıcı aktyoru Əbülfəz Axundovdur.

Tamaşanın qəhrəmanı uzun illərdir işlədiyi teatrdan lazımi dəyəri görməyib psixoloji sarsıntılar keçirən aktyordur. Səhnə, sənət uğursuzluğunun insanı qarabaqara izlədiyi, ona həyatda da rahatlıq vermədiyi qənaəti yaradan tamaşaİnsanın sonu ümidinin öldüyü anda başlayırideyası üzərində köklənib. Səhnə işinin quruluşçu rəssamı Nərgiz Baxşızadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Xatırladaq ki, Lənkəran Dövlət Dram Teatrında daha bir tamaşanınÇingiz Aytmatovun povesti əsasında hazırlananCəmilə”nin premyerası olacaq. Tamaşa oktyabrın 14-də teatr ictimaiyyətinə təqdim olunacaq. Məhəbbət dramının quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.