Tələbə gənclər Keşikçidağda olublar
Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən
Kurqanlar vadisində çoxlu sayda qəbir abidəsi mövcuddur. Qoruq yarandığı gündən
etibarən burada elmi tədqiqat və arxeoloji qazıntı işləri
aparılır.
Sentyabrın 7-dən oktyabrın 6-dək “Keşikçidağda
arxeoloji qazıntılar
və yay məktəbi – 3” adlı layihə həyata keçirilir. Oktyabrın
1-də layihə çərçivəsində
Bakı Dövlət Universitetinin Qazax filialı Tarix fakültəsinin tələbələri,
magistr və gənc könüllülər
“Qarasoy 1” və 2 saylı kurqanda olublar. Gənclər burada qazıntılar nəticəsində aşkarlanmış
maddi mədəniyyət
nümunələrindən ibarət sərgiyə baxıblar.
Daha sonra AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Şamil Nəcəfov tərəfindən ustad dərsi təşkil olunub.
Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.