“Heydər
Əliyev İli” tədbirləri davam edir
Quba rayon
MKS Mərkəzi Kitabxanasının
Uşaq şöbəsi
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”
adlı tədbir keçirib. Kitabxananın
fəal oxucuları Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Sonda kitabxana əməkdaşları tərəfindən
təşkil edilmiş
“Heydər Əliyev –
100” başlıqlı sərgiyə
baxış olub.
***
Göyçay rayon Heydər Əliyev Mərkəzində
“Heydər Əliyev İli” çərçivəsində
Azərbaycanda Vətəndaş
Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyasının
təşəbbüsü ilə hazırlanmış
“Göyçay ensiklopediyası”nın təqdimatı
keçirilib.
***
Cəlilabad Dövlət
Rəsm Qalereyası və 4 saylı şəhər klubunun birgə təşkilatçılığı
ilə “Heydər Əliyev İli” münasibətilə rəsm
sərgisi təşkil
olunub. Cəlilabad şəhər 9 nömrəli
tam orta məktəbdə keçirilən
tədbirdə çıxış
edənlər bildiriblər
ki, Ulu öndər
daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə vətənpərvərlik mövzusunda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilib.
Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.4.