Animatorlar üçün də beynəlxalq təlim proqramı başlayır
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası
Kino Agentliyi (ARKA) və Azərbaycan Animasiya Assosiasiyasının
təşkilatçılığı ilə Mədəni və yaradıcı sənayelər üzrə
tədris və inkubasiya mərkəzində
“Animatorların İnkişafı”
(Animator’s Accelerator) proqramı
üçün müraciətlərin
qəbuluna start verilib.
“Animator’s Accelerator” təlim proqramı yerli animasiya sahəsində kreativ və peşəkar animatorları beynəlxalq
səviyyədə tanıtmağı
hədəfləyir və
Azərbaycan animasiya sektorunun inkişafına dəstək olmaq məqsədilə təşkil
olunur.
8 həftəlik təlim proqramı “Lakeside” animasiya studiyasının kreativ direktoru Matthev Lyonnun rəhbərliyi altında keçiriləcək.
Onun işləri “Netflix” və “Apple TV” daxil olmaqla beynəlxalq
yayım platformasında
və dünya tamaşaçıları tərəfindən
rəğbətlə qarşılanıb.
Qeydiyyat oktyabrın
8-dək davam edəcək.
Təlim proqramında
iştirak etmək istəyənlər tərcümeyi-halını
və filmoqrafiyasını
(əgər varsa)
animasiya@creative.az ünvanına göndərə bilərlər.
Xatırladaq ki, bu günlərdə
Mədəniyyət Nazirliyinin
dəstəyi, ARKA-nın
və Azərbaycan Prodüserlər Gildiyasının
təşkilatçılığı ilə “Prodüserlərin
inkişaf təlimi” adlı proqram da elan olunub.
Avropanın tanınmış prodüserlərindən professor Martin Hagemannın (Almaniya) rəhbərliyi və Titus Kreyenberqin iştirakı ilə təşkil olunacaq təlimlər oktyabrın 9-da başlayacaq və 8 həftə davam edəcək.
Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.5.