Cəbrayıl Şəhəri
Gününə həsr olunmuş tədbir
Azərbaycan
İlahiyyat İnstitutunda (Aİİ) 4 oktyabr – Cəbrayıl
Şəhəri Gününə həsr olunmuş tədbir
keçirilib.
Əvvəlcə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
şəhidlərin əziz xatirəsi anılıb.
Aİİ-nin
rektoru dosent Aqil Şirinov bildirib ki, oktyabrın 4-ü Cəbrayıl
şəhərinin işğaldan azad edilməsinin 3-cü
ildönümüdür. Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə
2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər
qazandıq, torpaqlarımız işğaldan azad olundu. Zəfərə
aparan hər bir günün Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldığını
deyən rektor Azərbaycan Prezidentinin sərəncamı ilə
işğaldan azad olunmuş ərazilər üzrə şəhər
günlərinin təsis edilməsinin əhəmiyyətini
vurğulayıb.
Aİİ-nin
rektoru Cəbrayıl rayonunun tarixi abidələri barədə
də danışıb.
Cəbrayıl
rayonundan Milli Məclisin deputatı Ceyhun Məmmədov
otuzillik işğal dövründə rayonun şəhər
və kəndlərinin viran qoyulmasından söz
açıb. Bildirib ki, işğaldan azad olunandan sonra Cəbrayılda
və digər şəhər və rayonlarımızda
geniş bərpa və quruculuq işləri həyata
keçirilir.
Tədbirdə
daha sonra rejissoru Fariz Əhmədov, ssenari müəllifi
Aygün Həsənova olan “30 ildən sonra doğulduğu
torpağa dönənlərin hekayəsi. Biz qayıtdıq, Cəbrayıl!”
adlı filmin birinci hissəsi nümayiş olunub.
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.3.