Tələbə kinematoqrafçılar
Daşkənddə mükafat
qazanıblar
29 sentyabr – 2 oktyabr tarixlərində keçirilən “İpək
Yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq
Film Festivalı çərçivəsində
tələbə kinematoqrafçılar
üçün ”5 günə
film” adlı qısametrajlı
film müsabiqəsi də təşkil olunub.
Müsabiqədə ölkəmizi Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin tələbələri
– rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər. Müsabiqənin şərtlərinə
uyğun olaraq, beş gün ərzində tələbələr
tərəfindən “Yüz
addım” qısametrajlı
filmi çəkilib və birinci yerə layiq görülüb. Müsabiqənin
3000 dollar məbləğində
əsas pul mükafatı tələbə
kinematoqrafçılara təqdim
edilib.
Qeyd edək ki, 50-dən çox ölkənin qatıldığı festival çərçivəsində Özbəkistan Kinematoqrafiya Agentliyi, Özbəkistanın və Azərbaycanın Mədəniyyət nazirlikləri və Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan kinosu günləri” də keçirilib.
Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.5.