DokuBaku”nun mükafatçıları elan olunub

 

26 sentyabr – 1 oktyabr tarixlərində keçirilən 7-ci “DokuBakuBeynəlxalq Sənədli Filmlər Festivalının mükafatçıları elan olunub.

Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi, eləcə Almaniya Fransanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə reallaşan festivalda 29 ölkədən 60-dan çox film təqdim olunub. Bu il festivalın əsas mövzusuKosmoDarvinizm: Dolça əsriolub təqdim edilən filmlərin əksəriyyəti sənədli film ustalarının dövrümüzün çağırışları ilə bağlı baxışlarına həsr edilib.

Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında festivalın qalibi Anastasiya Şubina Timofey Qlininin (Rusiya Federasiyası) “Piblokto” filmi seçilib.

Rejissor Nəzrin AğamalıyevanınHədisanimasiya filmi (ən yaxşı qısametrajlı Azərbaycan filmi), rejissor Leyla QənbərlininSanatoriya melodiyaları” (“DokuDarvinnominasiyasında ən yaxşı qısametrajlı yerli film) hindistanlı rejissor Nistha JaininQızıl iplik” (eyni bu kateqoriya üzrə ən yaxşı xarici film) filmləri mükafata layiq görülüb.

Danimarkalı rejissor Maykl Qraversenin “Mr. Qraversen” (ən yaxşı tammetrajlı film), italyan rejissorlar Davide Rizzo Marsia ToscananınKörpüdən sonra” (“No Main” nominasiyası) filmləri təltif olunub.Bundan əlavə, livanlı rejissor Siril ArisinVulkanın kənarında rəqs”, Nepaldan Rajan Kathet Sunir PandeyinQış tətili yoxdur”, eləcə üç Azərbaycan filmi (“Hasarların arxasında” – Azad Əlizadə, “Dog Doc” – Dadaş Musayev, Sitarə İbrahimbəyli, “Evdən səsləri eşidin” – Səbinə Abubəkirova) münsiflərin xüsusi mükafatına layiq görülüblər.

Qaliblərin elan edilməsi ilə yanaşı, Rəhman Bədəlov Toğrul Cuvarlıya kinematoqrafiyada xüsusi xidmətlərinə görəiCyborgmükafatları da təqdim edilib.

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.3.