Qara Qarayevin
Ev-Muzeyinin beş yaşı qeyd edilib
Oktyabrın 1-də Bakı şəhərində
dahi bəstəkar Qara Qarayevin Ev-Muzeyinin açılışının
(2018) 5-ci ildönümü tamam oldu. 1 oktyabr
həmçinin Beynəlxalq
Musiqi Günüdür.
Bu gün UNESCO yanında
Beynəlxalq Musiqi Şurasının qərarı
ilə 1975-ci ildən
qeyd olunur.
Hər iki əlamətdar hadisə münasibətilə
oktyabrın 3-də Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev-Muzeyində tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi
Alla Bayramova açıb.
Qara Qarayevin Ev-Muzeyinin müdiri Züleyxa Bağırova-Qarayeva ötən
beş il ərzində
görülən işlər,
həyata keçirilən
layihələr, muzeyin
fondunun yeni materiallarla
zənginləşməsi barədə
danışıb. O, həmçinin
bu yaxınlarda Yaponiyada “Zen-on Music” nəşriyyatında
işıq üzü
görmüş və
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinə hədiyyə
edilmiş not nəşrləri
– Qara Qarayevin ”Simli kvartet”,
“Yeddi gözəl” baletindən süita və “Don Kixot” simfonik qravürlərinin partituraları barədə
məlumat verib.
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi Əməkdar incəsənət xadimi,
professor Zemfira Qafarova,
musiqişünas, Əməkdar
incəsənət xadimi,
professor Zümrüd Dadaşzadə,
musiqişünas, jurnalist
Raya Abbasova, bəstəkar,
Əməkdar incəsənət
xadimi, Bakı Musiqi Akademiyasının professoru Elnarə Dadaşova görkəmli bəstəkar Qara Qarayev haqqında xatirələrini bölüşüb,
muzeyə gələcək
fəaliyyətində uğurlar
arzulayıblar.
Bədii
hissədə respublika
və beynəlxalq müsabiqələr laureatları
Anar Seyidov (violin) və Cəmalə Abdinzadənin (fortepiano) ifalarında
musiqi proqramı təqdim edilib. Qara Qarayevin “Skripka ilə simfonik orkestr üçün konsert”indən
videoyazı nümayiş
olunub.
Tədbirin sonunda Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin həmkarlar təşkilatı adından
ev-muzeyin müdiri Züleyxa Bağırova-Qarayevaya,
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalovaya və elmi işçi
Lətifə Məmmədovaya
mükafat təqdim edilib.
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.3.