Qara Qarayevin
musiqisi Kreml Orkestrinin ifasında
“Musiqimizin bütün
dünyada səslənməsi
mənim üçün
qürurvericidir”
Xəbər verdiyimiz kimi, sentyabrın 30-da Moskvadakı
“Zaryadye” konsert salonunun Kiçik zalında gənc azərbaycanlı dirijor Murtuza Bülbül Dövlət Kreml Orkestrinin kamera heyəti ilə birgə “Müəllim və yetirmələri” adlı konsert proqramı ilə çıxış edib.
Konsertdə Dmitri Şostakoviçin “Kamera orkesti üçün simfonifya”,
Qara Qarayevin “Kamera orkestri üçün III simfoniya”,
Georgi Sviridovun “Kamera orkestri üçün musiqi” əsərləri səslənib.
“Məlumdur ki, Qara Qarayevin “III simfoniyası” təkcə
Azərbaycan musiqi sənətində deyil, bütöv Sovet İttifaqının musiqi
tarixində əlamətdar
hadisə olub. Moskva dünyanın mədəniyyət
mərkəzlərindən biridir. Azərbaycan musiqisi Rusiya səhnəsində əhəmiyyətli
yer tutur. Bir çox görkəmli bəstəkarlarımız, o cümlədən
Qara Qarayev, Cövdət Hacıyev
Moskva klassik musiqi məktəbinin yetirmələridir.
Azərbaycan və Rusiya mədəni mühitini hər zaman belə şəxsiyyətlər
birləşdirib. Azərbaycan
musiqisinin bütün
dünyada, eləcə
də Moskvada səslənməsi mənim
üçün qürurvericidir”,
– deyə Murtuza Bülbül konsertdən əvvəl AZƏRTAC-a müsahibəsində
bildirib.
Dirijor
Dmitri Şostakoviç bəstəkarlıq
məktəbinin ardıcıllarından
biri olan dahi Qara Qarayevin
yaradıcılığına bir daha müraciət
etməklə Azərbaycan
klassik musiqisinin dünyada tanıdılmasına
töhfə vermək
istədiyini deyib.
Gənc
azərbaycanlı dirijorun
rəhbərliyi ilə
Dövlət Kreml Orkestrinin konserti böyük uğurla keçib. Tamaşaçılar
dahi bəstəkarların
sevilən əsərlərini
yeni nəfis ifada sürəkli alqışlarla
qarşılayıblar.
Murtuza Bülbül dahi müğənni Bülbülün
nəvəsi, Azərbaycanın
Xalq artisti, ölkəmizin Rusiyadakı
səfiri Polad Bülbüloğlunun oğludur.
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının Opera-simfonik dirijorluğu fakültəsinin tələbəsidir.
Mədəniyyət.-
2023.- 4 oktyabr.- S.8.