Ölkəmiz Polşada festivalda təmsil olunub

 

 

Mədəniyyət Nazirliyinin Azərbaycanın Polşadakı Səfirliyinin birgə təşkilatçılığı ilə ölkəmiz Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında təmsil olunub.

Nisbət Sədrayeva (xanəndə), Hüseyn Məlikov (xanəndə), Rövşən Qurbanov (tar), Toğrul Əsədullayev (kamança), Rafael Əsgərov (balaban) Vüsal Bayramovdan (nağara) ibarət muğam qrupu festival çərçivəsində konsert proqramı ilə çıxış edib.

Azərbaycanın bəstəkar xalq mahnılarının, eləcə muğamların yer aldığı rəngarəng proqram polşalı dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2023.- 4 oktyabr.- S.1.