Ulu öndər Azərbaycanı
məhz belə görmək istəyərdi...
Astara rayon Heydər Əliyev Mərkəzində “Bugünkü
Azərbaycan Ulu öndər Heydər Əliyevin görmək
istədiyi Azərbaycandır” mövzusunda tədbir
keçirilib.
Çıxışlarda bildirilib ki, Azərbaycan
xalqının taleyində Heydər Əliyevin adı ilə
bağlı əlamətdar günlərdən biri 1993-cü
ilin 3 oktyabrıdır. Həmin gün xalqımız
özünün gələcək taleyini, müqəddəratını
həll edən seçim edib. Ölkəmizdə keçirilən
prezident seçkilərində Heydər Əliyev
xalqımızın böyük əksəriyyətinin
etimadını qazanıb.
Sonda tədbir iştirakçıları Heydər
Əliyev Mərkəzi və Astara Dövlət Rəsm
Qalereyasının birgə təşkil etdiyi sərgi ilə
tanış olublar.
***
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində
“Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”
mövzusunda toplantı keçirilib.
Çıxışlarda qeyd
olunub ki, Ulu öndər qadınların idarəetmə və
sosial həyatın bütün sahələrində irəli
çəkilməsini vacib bilib, onun imzaladığı
müvafiq fərman və sərəncamlar qadın
hüquqlarının reallaşması və təminatı
istiqamətində mühüm addımlar olub.
Qax şəhərindəki Heydər Əliyev Mərkəzində
“Heydər Əliyev İli” münasibətilə keçirilən
toplantı eyni mövzuya həsr olunub. Vurğulanıb ki,
Ümummilli lider istər sovet dönəmində, istərsə
də müstəqillik illərində respublikamıza rəhbərliyi
zamanı Azərbaycan qadınlarının ölkənin
siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun
artırılması məsələlərinə
böyük diqqət ayırıb.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.4.